KİMDƏN, NƏDƏN QURTULDU BU MİLLƏT?

eli_ kerimli

Millət demokratik seçkilərdən qurtulmasını bayram etsin, yoxsa hakimiyyətin mənbəyi olmaq vəzifəsindən azad edilməsini?

AXCP sədri Əli Kərimli hakimiyyətin 15 iyun tarixini xalqa “Qurtuluş günü” kimi sırımaq cəhdlərilə bağlı fikirlərini bölüşüb. AXCP sədri “facebook” səhifəsində yazır:
“Yox, bu qədər hakimiyyət hərisliyi olmaz! Dünyanın hansı sivil cəmiyyətində kiminsə parlamentə spiker seçildiyi, lap deyək, hakimiyyətə gəldiyi günün ildönümləri atəşfəşanlıqla, milli bayram kimi qeyd edilir? Hələ onu demirəm ki, bu hakimiyyətə gəlmək özü necə olmuşdu.

Kimdən, nədən qurtuldu bu millət? Xalqın içindən çıxmış, xalqa xidmətdən başqa təmənnası olmayan, vəzifəsində tər-təmiz işləyib, dünyasını dəyişəndə də ailəsinə borclarını miras qoyan Əbülfəz Elçibəydən? Bu millət demokratik seçkilərdən qurtulmasını bayram etsin, yoxsa hakimiyyətin mənbəyi olmaq vəzifəsindən azad edilməsini?

Utanmaz-utanmaz “qardaş qırğınından xilas olduq” deyirlər. Kimlər idi Gəncədəki 4 iyun qiyamı zamanı avtobusdaca gülləbaran edilib, öldürülənlər? Prezident Əbülfəz Elçibəyin qvardiyasının günahsız əsgərləri deyildimi qətlə yetirilənlər? Bəlkə həmin əsgərlərin öldürülməsi məsuliyyətindən yayına bilməyinizi bayram edirsiz?

Sizlər o əsgərlərin qanını tökmüş qatillərin çiynində gəldiniz hakimiyyətə! Xalqı aldada bilməyəcəksiniz. Çünki 21 il bundan əvvəl baş verənlər xəlvətdə deyil, xalqın gözü qarşısında baş verib. Seçilmiş prezidenti devirərək, hakimiyyəti zəbt etdiniz. Heç bir atəşfəşanlıq, heç bir teletəbliğat, sifarişlə yazılmış cild-cild kitablar həqiqəti ört-basdır edə bilməyəcək”.

~ tərəfindən Patriot 16/06/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma