İLHAM ƏLİYEV: “MƏN ƏMƏKDAŞLIĞIMIZIN SƏVİYYƏSİNDƏN ÇOX RAZIYAM”

aliyev-barroso-2014 baku

Ölkə başçısı Avropa İttifaqı ilə əlaqələrin Azərbaycan üçün prioritet olduğunu bəyan etdi

Barrozo: «Azərbaycanda sabitlik və inkişafın təmin olunmasının ən yaxşı üsulu demokratiyadır»

Avropa Komissiyasının prezidenti Jose Manuel Barrozo Azərbaycana səfər edib. Səfər zamanı Barrozonun ölkə başçısı İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşü olub.
Dövlət başçısı ilə Avropa Komissiyasının sədri arasında keçirilən görüşdə  Azərbaycanla Avropa Birliyi arasında siyasi, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Energetika sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib. Barrozonun səfərinin Azərbaycan-Avropa Birliyi münasibətləri baxımından önəmi qeyd edilib. Görüşdə Azərbaycanla Avropa Birliyi arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

“Avropa Ittifaqı ilə əlaqələr bizim üçün prioritetdir. Çox şadam ki, bu əlaqələr uğurla inkişaf edir. Sizin köməyinizlə biz çox sürətlə irəli getməyə müvəffəq olduq”. AzTV-nin məlumatına görə, bu sözləri Ilham Əliyev Barrozo ilə görüşündə deyib.

İlham Əliyev bildirib ki, Azərbaycanla Avropa Birliyi arasındakı əlaqələr bir çox sahələri – siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrini əhatə edir:
“Biz yaxşı tərəfdaşlar kimi çox fəal işləyirik. Biz əvvəllər də görüşlər keçirmişik. Bakıda, Brüsseldə, başqa yerlərdə. Mən əməkdaşlığımızın səviyyəsindən çox razıyam. Ümidvaram ki, sizin səfərinizdən sonra bu əməkdaşlıq daha da genişlənəcək. Daha çox sahələri əhatə edəcək və inkişaf edəcək”.

Daha sonra Ilham Əliyev və Joze Manuel Barrozonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Görüş başa çatdıqdan sonra Azərbaycanla Avropa Birliyi (AB) arasında Azərbaycan Respublikasının Birliyin proqramlarında iştirakının ümumi prinsipləri haqqında çərçivə sazişi üzrə bir tərəfdən Azərbaycan, digər tərəfdən AB və onun üzvü olan dövlətlər arasında tərəfdaşlıq və əməkdaşlıq Sazişinin Protokolu imzalanıb. Sənədi Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, Avropa Birliyi Şurasına hazırda sədrlik edən Yunanıstan adından bu ölkənin Azərbaycandakı səfiri Dimitrios Tsounqas və Azərbaycanın Avropa Birliyi yanında daimi nümayəndəliyinin rəhbəri Fuad Isgəndərov imzalayıblar.

“Prezident Ilham Əliyevlə çox uğurlu görüş keçirdik, vacib qərarlar qəbul etdik. Onlardan biri Avropa Birliyi və Azərbaycan arasında yeni sazişin yekunlaşması prosesini tezləşdirməkdir. Bu, ”Strateji müasirləşdirmə tərəfdaşlığı” barədə razılaşmadır”. Bunu Barozzo deyib. O, bunun Azərbaycan və Avropa Birliyi üçün çox mühüm saziş olduğunu bildirib: “Biz artıq enerji sahəsində vacib əməkdaşlıq edirik, üç il əvvəl prezident Ilham Əliyevlə birgə Cənub Qaz Dəhlizi layihəsi üzrə işə başlamışıq. Bu, yalnız siyasi deyil, enerji təhlükəsizliyi baxımından da çox vacib layihədir. Biz, həmçinin bu gün şahidi oluruq ki, bütün Avropa proqramları Azərbaycan üçün açıqdır, bu isə öz növbəsində əldə edilmiş razılaşmaların nəticəsidir. Təhsil, səhiyyə və digər sahələrdə layihələrin həyata keçirilməsi nəzərdə tutulur”.

~ tərəfindən Patriot 16/06/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma