TERRORÇULAR MOSULDA 48 NƏFƏRİ GİROV GÖTÜRDÜ

musul-işid

Türkiyənin Mosuldakı Baş Konsulluğu hücuma məruz qalıb

Türkiyənin İraqın Mosul şəhərindəki Baş Konsulluğuna basqın edən “İraq Şam İslam Dövləti” (İŞİD) adlı terror təşkilatı diplomatik nümayəndəlikdə olan 48 nəfəri girov götürüb.

Türkiyə xəbər agentliklərinə istinadən verildiyi məlumata görə, girov götürülənlərin 2-nin uşaq, 3-nün qadın, 14-15-nin konsulluq işçisi, digərlərinin isə konsulluğu mühafizə edən xüsusi təyinatlılar olduğu bildirilir. Onların hamısı İŞİD tərəfindən naməlum istiqamətə aparılıb. Girov götürülmə olayını İŞİD özü də təsdiqləyib.

Hadisə ilə əlaqədar Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ankarada kəşfiyyatın rəhbəri Hakan Fidan və bəzi nazirlərin iştirakı ilə fövqəladə toplantı keçirib. Toplantıya Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat idarəsi rəisinin də qatılması diqqət çəkib. Bu fakt Türkiyə rəhbərliyinin İraqın şimalında İŞİD-ə qarşı hərbi əməliyyat keçirmək ehtimalını da düşündüyünü göstərir.
Olayı ABŞ-da öyrənən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Nyu-Yorka səfərini yarıda kəsərək ölkəyə dönməyə qərar verib.

 

~ tərəfindən Patriot 12/06/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma