YAP HAKİMİYYƏTİNİ NARAHAT EDƏN DİNLƏMƏLƏR

usa

ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası (Helsinki Komissiyası) iyun ayının 11-i, çərşənbə günü Senatda “ABŞ-Azərbaycan münasibətlərində təhlükəsizlik, iqtisadiyyat və insan haqları” mövzusunda dinləmə keçirəcəyini bəyan edib. Tədbir haqda Helsinki Komissiyasının yaydığı məlumatda deyilir ki, Azərbaycan ABŞ-ın tərəfdaşıdır, Avropanın enerji təchizatçısıdır, Əfqanıstanda beynəlxalq qüvvələrə yardım edir.

Komissiyanın məlumatına görə, dinləmələrdə region üzrə aşağıdakı mütəxəssislər çıxış edəcəklər:

Tomas Melia – ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müşaviri;

Erik Rubin – ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri;
Miriam Lanskoy – Demokratiyaya Dəstək Fondunun (NED) Rusiya və Avrasiya üzrə direktoru;
Brenda Şaffer – Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Mərkəzinin elmi tədqiqatçısı.

Məlumata görə, hakimiyyət keçiriləcək dinləmələrdən çox narahat olub. Lobbi təşkilatlarının köməyilə tədbirin keçirilməsinə mane olmağa çalışsalar da, nəticəsi olmayıb. Bildirilir ki, hakimiyyətin narahatçılığı dinləmələrdə Azərbaycanda insan haqlarının vəziyyətinə görə sərt tənqid olunağı ilə bağlıdır. Bundan başqa iyunun 23-də ölkə başçısı Ilham Əliyevin Avropa Şurasının sessiyasında çıxışı gözlənilir. Xarici işlər naziri Elmar Məmmədyarov isə Azərbaycnla bağlı sualları cavablandıracaq. Hakimiyyətin burada da sərt suallarla qarşılacağı gözlənilir. Hakimiyyət buradan da üzüsulu çıxmaq üçün cəhdlər göstərir. Məlumatlara görə, bəzi hüquq müdafiəçilərinə müraciətlər yazdırılır. Həmin müraciətlərdə Avropa strukturları hakimiyyətlə sərt danışıqlardan çəkindirilir. Həmin hüquq müdafiəçiləri iddia edir ki, xüsusilə siyasi məhbuslarla bağlı sərt mövqe məsələni bir az da qəlizləşdirə bilər. Həmin hüquq müdafiəçiləri müraciətlərində siyasi məhbusların sayını da az göstərib. Lakin Avropa strukturlarının bu müraciətlərə əhəmiyyət verəcəyi inandırıcı görünmür. Çünki artıq Azərbaycandakı real vəziyyət bütün dünyaya bəllidir.

~ tərəfindən Patriot 11/06/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma