“FOREİGN POLİCY” JURNALI AZƏRBAYCANDAKI ƏSİL VƏZİYYƏTİ İFŞA ETDİ

foreign-policy

“Xəzərin Karleoneləri; Azərbaycan diktatoru Qərbi necə ələ alır?”

Amerikanın məşhur xarici siyasət dərgisi Əliyev hakimiyyətini darmadağın etdi

Amerikanın xarici siyasət üzrə ixtisaslaşmış “Foreign Policy” jurnalı Azərbaycandakı vəziyyətlə bağlı geniş məqalə dərc edib.
“Xəzərin Karleoneləri; Azərbaycan diktatoru ABŞ və Avropanı necə ələ alır” başlıqlı məqalədə İlham Əliyev hakimiyyətinin avtoritarlığı və onun öz imicini təmizləmək, özünə qarşı beynəlxalq təzyiqləri neytrallaşdırmaq üçün nələr etdiyi təsvir olunur. Eyni zamanda Qərbin Azərbaycandakı avtoritar rejimə loyal münasibəti tənqid olunur.

Məqalə ARDNŞ-in (SOCAR) 2012-ci ildə Vaşinqtonda 12 milyon dollara ofis alması faktı ilə başlayır. Müəllif (Mişel Viss) qeyd edir ki, SOCAR-ın Birləşmiş Ştatlarda öz əməliyyatlarını genişləndirmək üçün aldığı bu mülkdən bir vaxtlar “Freedom House” insan haqları təşkilatı da ofis kimi istifadə edib. Azərbaycan isə “Freedom House”n qiymətləndirməsində “qeyri-azad” ölkədir.

“Deməyə söz tapa bilmirəm. Məncə, dünyanın azadlıqlardan ən məhrum ölkəsinin azadlıq evini ələ keçirməsi ən böyük ironiyadır”, deyə “Freedom House”n keçmiş direktoru, hazırda Corctaun Universitetinin dekan müavini Cenifer Vindzor jurnala bildirib.
“Bu, ironiya olduğu qədər də dövrün əlamətidir. Barak Obama administrasiyası ABŞ-ın demokratiyaya dəstək büdcəsini kəsdi. Realpolitik və təcrid siyasəti milli maraqlar naminə demokratiyanı arxa plana keçirdi”, – deyə məqlənin müəllifi əlavə edib.
Məqalədə qeyd olunur ki, “SOCAR USA”nın yeni ünvanı həm də İlham Əliyev rejiminin timsalında Amerika və Avropa siyasətində hüdudsuz lobbi xərcləmələrini göstərir.

“Cənubi Qafqazın ərazisi İrlandiya boyda, amma neft ehtiyatı Texasınkından iki dəfə çox olan bu ölkəsi son 10 ildə ABŞ Konqresinin, Britaniya parlamentinin və bir vaxtlar diktaturalara təzyiqi ilə məşhur olan Avropa Şurası Parlament Assambleyasının bir çox indiki və keçmiş üzvlərini ələ ala bilib. Bakıya bütün xərcləri artıqlaması ilə çəkilən ezamiyyətlər, ABŞ-da lobbiçilərə, piar şirkətlərə və mediaya ödəmələr milyonlarla dollar deməkdir. Bir Avropa beyin mərkəzi bunu “kürü diplomatoyası” adlandırıb”, – deyə məqalədə qeyd olunur.

Müəllif daha sonra Azərbaycan hakimiyyətinin ABŞ-la münasibətlərdə dünyəvi müsəlman ölkəsi, NATO-da və anti-terror əməliyyatlarında Vaşinqtonla müttəfiq olmasını, İsraillə dostluğunu və Əfqanıstanda NATO-nun fəaliyyətinə verdiyi infrastruktur töhvəni önə çəkdiyni yazır. Azərbaycanla Avropanın qaz anlaşmaları barədə də məlumat verən müəllif yazır: “Avropa özünün Rusiyadan enerji asılılığını Azərbaycanın qaz ehtiyatları hesabına azaltmaq istəyir. Hərçənd bu ehtiyatlar Avropanın illik 500 milyard kubmetr olan ehtiyacının cəmi 2 faizini təmin edə bilər. Nəhayət, Azərbaycan Qərb üçün İranın nüvə təhlükəsi və Vladimir Putinin SSRİ-ni bərpa etmək səylərinə qarşı müqavimət təşkil etməkdə strateji müttəfiqidir”.

Məqalədə Azərbaycanda insan haqlarının vəziyyəti “acınacaqlı” adlandırılır: “ABŞ Dövlət Departamentinin 2013-cü il üzrə insan haqlarının vəziyyətinə dair hesabatda göstəririr ki, Azərbaycanda ifadə, sərbəst toplaşmaq və birləşmək azadlıqları məhdudlaşdırılıb; jurnalistlərə, hüquq müdafiəçilərinə və demokratiya fəallarına münasibətdə hədə-qorxu, həbs, zorakılıq adi hal alıb…
Bir neçə nümunəyə baxın. 2013-cü ilin yanvarında polis İsmayıllıda dinc etirazçıları döyüb və onlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Həmin gün orda qısa müddətdə olan Müsavat başqanın müavini Tofiq Yaqublu və anti-Əliyev Respublikaçı Alternativ hərəkatının sədri İlqar Məmmədov isə həbs olunub. İlqar Мəmmədov həmçinin, 2013 prezident seçkisində namizəd kimi iştiraka buraxılmayıb…
2013-cü ilin mart-aprel aylarında hökumət Bakının mərkəzində etirazçılara qarşı suvuran maşınlardan və rezin güllələrdən istifadə edib. Sonra isə NİDA gənclər hərəkatının 7 üzvü həbs olunub. Onlar əvvəlcə narkotik və partlayıcı maddələrin saxlanması, daha sonra isə kütləvi ixtişaşlarda ittiham olunublar. Eyni ittihamlardan Putin Rusiyasında da nümayişçilərə qarşı istifadə olunur…”.

Müəllif ABŞ-ın Azərbaycanda işləmiş keçmiş diplomatı və indan haqları müdafiəçisi Rebekka Vinsentin fikirlərinə yer verib. Xanım Vinsent deyib ki. Əliyev ölkədə qorxu atmosferi yaradıb. Siyası məhbusların sayı bir ildə 65-dən 100-ə qədər artıb. Sülh və Demokratiya İnstitutunun siyahısında siyasi məhbusların 130 nəfər olduğu da məqlədə qeyd olunur. Eyni zamanda SDİ-nin direktoru Leyla Yunusun özünün də hazırda istintaqa cəlb olunduğu məlumat verilir.

Məqalədə daha sonra Azərbaycanda 2013-cü ildən bəri həyata keçirilən siyasi motivli həbslərin bir neçəsi haqda məlumat verilir. AXCP-nin icarəyə götürdüyü ofisin partladılaraq sökülməsi və həmin ərəfədə cəbhəçi fəalların kütləvi həbsi barədə məlumat da partiyaya istinadla xəbər verirlir.

Müəllif ölkədə azad mətbuatın acınacaqlı duruma salınmasından da bəhs edib. Bu hissədə “Azadlıq” qəzetinin yüksək məbləğli məhkəmə cərimələri və borcların birdəfəlik tələb olunması ilə bonkrot edildiyi; “Yeni Müsavat” qəzetinin əl yayımına qoyulan qadağaya görə 2013-ün noyabrında çapını müvəqqəti dayandırdığı; “Bizim yol” qəzetinin əməkdaşı və “Moderator.az” saytının rəhbəri Pərviz Həşimlinin 8.5il azadlıqdan məhrum edildiyi detalları ilə əksini tapıb.

Məqalədə İlham Əliyevin hakimiyyətə atası Heydər Əliyevi əvəzlədiyi, bu baxımdan dünyada ən uzunömürlü sülalə diktaturalarından birini təmsil etdiyi, “Wikileakes”də ABŞ diplomatlarından birinin onu məşhur “Xaç Atası” əsərindən Karlione mafiya ailəsinin Sonni adlı oğluna bənzətdiyi qeyd olunur (məqlənin adı da məhz, bu sonuncu məqamdan götürülüb – red.)

Daha sonra Əliyevlər ailəsinin biznes imperiyasından, malik olduqları şirkətlər və mülklərdən detallı şəkildə bəhs olunur.

Məqalənin sonunda isə müəllif yenidən ABŞ hökumətini Azərbaycandakı avtoritar rejimə yumşaq münasibət bəsləməkdə suçlayaraq, kəskin tənqid edir.

Qeyd edək ki, məqalə 60 min işarədən çoxdur (təxminən “Azadlıq” qəzetinin 7 səhifəsi həcmində), bu səbəbdən də onun tam tərcüməsini təqdim etməyimiz praktik cəhətdən mümkün deyil. Bununla belə, məqalənin daha əhatəli tərcüməsini təqdim eədəcəyik.

 

~ tərəfindən Patriot 11/06/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma