PETRO POROŞENKO AND İÇDİ (VİDEO)

Ukrayna dili ölkədə yeganə dövlət dili olacaq. Bunu Ukraynanın yeni prezidenti Petro Poroşenko andiçmə mərasimindən sonrakı çıxışında bəyan edib.

Yeni seçilmiş prezident hər kəsi silahları yerə qoymağa çağırıb və Donbassedə terroristləri maliyyələşdirməyən, eləcə də insanları öldürməyən şəxslərə amnistiya vədi verib:

“Mən Ukraynanın bütövlüyü qorumaq və gücləndirmək, uzunmüddətli sülh və etibarlı təhlükəsizliyə zəmanət vermək üçün prezidentliyə getdim”.
Poroşenko bildirib ki, müharibə istəmir və qisas hissi ilə yanmır: “Lakin gözlərimin qarşısında Ukrayna xalqının verdiyi çoxsaylı qurbanlar var. Mən sülh və Ukraynanın bütövlüyünü istəyirəm. Zəmanət kimi ilk növbədə, əlində Ukrayna döyüşçüləri və dinc əhalinin qanı olmayan, terrorizmi maliyyələşdirməyən şəxsləri cinayət məsuliyyətindən azad edəcəm”.

Ukraynanın keçmiş prezidentləri – Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko, eləcə də, sabiq baş nazir Yuliya Timoşenko da andiçmə mərasimində iştirak edib. ABŞ-ın vitse-prezidenti Co Bayden inauruasiya mərasiminə gəlib. Azərbaydanı mərasimdə baş nazir Artur Rasizadə təmsil edir.

~ tərəfindən Patriot 07/06/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma