ÜZƏRİNDƏN 21 İL ÖTMÜŞ QİYAM… (VIDEO)

Bu gün 4 iyun 1993-cü il Əbülfəz Elçibəy hakimiyətinin Rusiya, İran eləcədə Fransa və Ermənistanın dəstəyi ilə daxildəki xəyanətkar qüvvələr tərəfindən qiyamla devrildiyi gündən 21 il ötür.

Gəncə şəhərində Sürət Hüseynovun və Heydər Əliyevin birlikdə hazırladığı qiyam nəticəsində Milli Hakimiyyət devrildi. Daha sonra Heydər Əliyev prezident, Sürət Hüseynov isə baş nazir oldu.

Heydər Əliyev hakimiyyəti ələ keçirdikdən sonra qısa vaxt ərzində Azərbaycanın 6 rayonu işğal edildi.

1993-cü il 7 iyulda Ağdərə rayonu, 1993-cü il 23 iyulda Ağdam rayonu, 1993-cü il 23 avqustda Cəbrayıl və Fizuli rayonları, 1993-cü il 31 avqustda Qubadlı rayonu və 30 oktyabrda Zəngilan rayonu işğal olunub. Heydər Əliyevin hakimiyətindən öncə, 5 il ərzində Azərbaycanın 6235 kv\ km ərazisi işğal olunmuşdusa, Heydər Əliyev prezident kürsüsünü ələ keçirdikdən sonra Azərbaycanın 7175 kv\km ərazisi işğal olundu. Bu ermənilərin 5 il müddətində işğal etdiklərindən 940 kv\km çox idi.

Azərbaycan siyasətçiləri içərisində isə Sürət Hüseynov, Etibar Məmmədov, Rəhim Qazıyev, Nemət Pənahlı, Ayaz Mütəllibov, Rəsul Quliyev, Araz və Zərdüşt Əlizadə qardaşları, Əlikram Hümbətov və digərləri 4 iyun qiyamını dəstəkləmişlər.

~ tərəfindən Patriot 04/06/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma