BARAK OBAMA: “İMPERİYALAR DÖVRÜ ARXADA QALDI”

ABŞ prezidenti Barak Obama  Varşavada çıxışı zamanı Ukraynanın yeni hakimiyyətini tanıdığını deyərək bu ölkədə vəziyyəti ağırlaşdırmağa davam edəcəyi təqdirdə Rusiyanı yeni sanksiyalarla hədələyib.

Obama Polşanın demokratiyaya keçidinin 25 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edib.

“Azad xalqlar çiyin-çiyinə dayanaraq Rusiyanın bundan sonrakı təxribatlarının bu ölkə üçün daha böyük təcrid və maliyyə xərcləri bahasına başa gəlməsinə nail olacaqlar. Biz bir yerdəyik, çünki sülh və təhlükəsizlik uğrunda mübarizədə məsuliyyət olduğuna inanırıq. İmperiyalar və işğalçılıq sferası arxada qalıb. Böyük xalqlar kiçikləri qorxuda və öz istədiklərini onlara diktə edə bilməz” – deyə Obama bildirib.

Amerikalı prezident eyni zamanda ABŞ-ın Krımın Rusiya tərəfindən işğalını tanımadığını deyib: “Qələm heç vaxt hər hansı torpağın oğurlanmasına xidmət edə bilməz, buna görə də biz Krımın işğalını və ya Ukraynanın ərazi bütövlüyünün pozulmasını tanıya bilmərik”.

Bu çıxışından sonra tədbirdə çıxış edən Ukrayna prezidenti Pyotr Poroşenko Obamaya yaxınlaşaraq ona minnətdarlığını bildirib.

 

~ tərəfindən Patriot 04/06/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma