“SİYASİ MƏHBUSLAR QEYD – ŞƏRTSİZ AZADLIĞA BURAXILMALIDIR”

siyasi mehbus

Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı siyasi məhbus problemini müzakirəyə çıxarır

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının növbəti iclası keçirilib. İclasda siyasi məhbuslarla bağlı son durum, qanunsuz həbslər və məhkəmə hökmləri, Alyansın qarşısında duran vəzifələr, yaxın dövr üçün görüləcək işlər və digər məsələlər müzakirə olunub.

İclasda son zamanlar həyata keçirilən qanunsuz həbslər- jurnalist Rauf Mirəqdirovun, hüquq müdafiəçisi Emil Məmmədovun, gənc fəal Orxan Əyyubzadənin həbsi, eləcə də jurnalist Pərviz Həşimli, gənc bloqqer Əbdül Əbilov, SMDT nümayəndələri Anar Məmmədli, Bəşir Süleymanlı və digərləri haqqında absurd məhkəmə hökmünün çıxarılması kəskin pislənilib.

İclasda 28 may- Cumhuriyyət bayramı ərəfəsində dövlət başçısı tərəfindən imzalanan əhf fərmanının siyasi məhbuslara şamil edilməməsi və cəmiyyəti aldatmağa yönəldildiyi pislənilib. Qeyd olunub ki, immitasiya xarakteri daşıyan bu cür fərmanların ümumiyyətlə siyasi məhbuslara aid edilməsi və hakimiyyət tərəfindən beynəlxalq təşkilatlarla bazarlıq obyektinə çevrilməsi yol verilməzdir. Bütün siyasi məhbusların dərhal, qeyd- şərtsiz azadlığa buraxılmalıdır.

İclasda qərara alınıb ki, 04 iyun 2014- cü il tarixdə”Azərbaycanda siyasi məhbus problemi; mövcud durum və reallıqlar”mövzusunda toplantı keçirilsin. Toplantıda həmçinin qərara alınıb ki, iyun ayı ərzində “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı tərəfindən Azərbaycanda siyasi məhbus probleminə dair növbəti hesabat hazırlansın.

~ tərəfindən Patriot 31/05/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma