NİDERLANDDA RƏSULZADƏ MARKALARI

Xaricdə yaşayan azərbaycanlılar tərəfindən yaradılan və Avropada fəaliyyət göstərən Demokratik Azərbaycan Hərəkatı 28 may Respublika günü və Məmməd Əmin Rəsulzadənin 130 illiyi ilə bağlı maraqlı aksiya həyata keçirib. 

Belə ki, qurumun sifarişilə üzərində Məmməd Əmin Rəsulzadənin əksi və Azərbaycan bayrağı əks olunan poçt markaları Nederlandda satışa buraxılıb. Bununla bağlı DAH nümayəndəsi Fikrət Hüseynli bildirib ki, markalar Demokratik Azərbaycan Hərəkatının qərarı ilə bir müddət öncə rəsmi olaraq sifariş edilib.

Markaların çapından sonra Nederlandın əsas poçt daşıma şirkəti olan PostNL şirkəti tərəfindən  məhz 28 may da, Respublika günün də bütün krallıq ərazisində satışa buraxılıb. Birinin qiyməti 1 avro olan markalar artıq bütün Nederland Krallığı ərazisində satışdadır. Fikərt Hüseynli onu da bildirdi ki, markalar təkcə Nederland daxili yox, həm də dünyanın hər yerindən istifadə oluna bilər. Bununla bağlı Nederland Krallığının aidiyyatı dövlət qurumları və beynəlxalq poçtdaşıma şirkətlərilə razılaşma əldə edilib.

Poçt daşıma şirkəti isə Azərbaycanın Respublika gününə hədiyyə olaraq markalardan bir neçəsini 28 may günü Demokratik Azərbaycan Hərakatının nümayəndələri Eldəniz Yusibov, Fikrət Hüseynli, Əsəd Qasımov, Rəşad Sadıqov, Sabir Buqadov və digərlərinə təqdim edib.

~ tərəfindən Patriot 31/05/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma