“İŞĞALÇININ YALNIZ MEYİTİ GERİ QAYITMALIDIR”

cebhe-bolgesi

“Nazir çox ciddi tələb qoyub ki, erməni əsgərləri ya öldürülməli, ya da yaralanaraq birdəfəlik sıradan çıxarılmalıdır”

Son zamanlar cəbhə bölgəsində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə basqın edən erməni kəşfiyyat-diversiya qrupları xeyli sayda itki verərək, geri çəkilməyə məcbur edilib.

Hərbi mənbənin verdiyi məlumata görə, erməni tərəfinin öz itkiləri barədə sonuncu rəsmi açıqlamaları da nəzərə alınmaqla, qısa müddət ərzində düşmənin ölü və yaralı olaraq onlarla şəxsi heyətini itirdiyi məlum olub.

Hərbi mənbə onu da əlavə edib ki, bu günlərdə Silahlı Qüvvələrin hissə və bölmələrinin cəbhə bölgəsindəki genişmiqyaslı təlimləri zamanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov komandir heyəti ilə keçirdiyi müşavirədə düşmənə qarşı daha amansız, daha qətiyyətli olmaqla bağlı zabitlər qarşında xüsusi tapşırıq qoyub. Nazir cəbhə xəttində xidmət edən hərbçilərə qarşı tərəfin bütün addımlarına adekvat cavab verməyi tapşırıb.

“Nazir qarşımıza çox ciddi tələblər qoydu və tapşırıqlar verdi. Hətta açıq şəkildə tapşırdı ki, erməni əsgərləri anlamalıdır ki, onu da yanında məhv edilən silahdaşının aqibəti gözləyir. O, ya öldürülməli, ya da yaralanaraq birdəfəlik sıradan çıxarılmalıdır. Azərbaycan torpağından öz evinə işğalçının yalnız meyiti geri qayıtmalıdır”, – deyə mənbə vurğullayıb.

Mənbə hazırda cəbhə xəttində xidmət edən əsgərlərimizin döyüş ruhunun yüksək səviyyədə olduğunu, şəxsi heyətin mənəvi-psixoloji cəhətdən verilən əmr və tapşırıqların icrasına hazır olduğunu bildirib

~ tərəfindən Patriot 31/05/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma