DÜNYA LİDERLƏRİ PUTİNƏ NİFRƏTİNİ GİZLƏTMƏDİ

putin

Tədbirdə Kremlin sahibi ilə yanaşı oturmaqdan imtina etdilər 

Dünya liderləri ittifaq ölkələri əsgərlərinin Normandiyaya gəlişinin 70 illiyinə həsr olunmuş tədbirdə Rusiya prezidenti Vladimir Putinlə yan-yana oturmaqdan imtina ediblər. “Bild” qəzetinin yaydığı məlumata görə, vəziyyət o qədər mürəkkəbləşib ki, onlar hətta şəkil çəkdirərkən belə Putinin onların yanında olmasını istəməyiblər.

Qəzet qeyd edir ki, bu barədə ilk etiraz ABŞ prezidenti Barak Obamadan və Britaniya kraliçası II Yelizavetadan gəlib. Digər liderlər də Putinə nifrətlərini gizlətməyiblər. Hazırda təşkilatçıların başı əməllicə dərddədir. Onların qənaətinə görə, Putinin kənarda yerləşdirilməsi faşistlər üzərində qələbə qazanan ölkəyə böyük hörmətsilik olardı. Beləliklə, son söz və sıralama ev sahibi kimi, Fransa prezidenti Fransua Ollandın verəcəyi qərardan asılı olacaq.

Dünya liderlərinin belə demarş etməsinə səbəb Rusiyanın Krımı anneksiya etməsi, Ukrayna ətrafında gərgin vəziyyət yaratmasıdır

~ tərəfindən Patriot 29/05/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma