UKRAYNADA QALİBLƏR BƏLLİ OLDU

porasenko-klicko

Ukraynalı iş adamı, Şokolad Kralı kimi tanınan, Pyotr Poroşenko az əvvəl seçkilərdə qalib gəldiyini bəyan edib.

O, həmçinin Vitali Kliçkonu Kiyevin yeni meri kimi təqdim edib (prezident seçkiləri ilə yanaşı Kiyev və başqa iri şəhərlərə mer seçkiləi də keçirilirdi və ilkin nəticələrə görə, Kiyevin meri uğrunda yarışı Vitali Kliçko qazanıb).

Poroşenko parlament seçkilərinin 2014-cü ildə keçiriləcəyini də bildirib.

Poroşenko deyib ki, Ukrayna Krımın Rusiya tərəfindən ilhaq olunmasını heç vaxt tanımayacaq.

Ukraynanın birinci telekanalı ölkə üzrə exit polun nəticələrini açıqlayıb. Telekanalın keçirdiyi sorğuya görə prezidentliyə namizəd Pyotr Poroşenko səsvermənin ilk turunda qalib gəlib.
Pyotr Poroşenko – 57,3 %
Yuliya Timoşenko – 12,9 %
Oleq Lyaşko – 8,8 %
Anatoli Qriçenko – 6 %
Sergey Tiqipko – 4,6 %
Dmitri Yaroş –  1,1 %

Seçkidə ən yüksək nəticə Lvovda müşahidə edilib. Seçicilərin 63 faizi səsvermə hüququndan istifadə edib. Ukrayna Mərkəzi Seçki Komissiyasının verdiyi xəbərə görə, seçki ölkənin bütün şəhərlərində keçirilib. Luqansk və Donetsk vilayətlərində də seçki baş tutub.

Mərkəzi Seçki Komissiyası ilkin rəsmi nəticələri yaxın saatlarda elan edəcək.

~ tərəfindən Patriot 26/05/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma