ORDUMUZDA ANASI ERMƏNİ OLAN ZABİTLƏR

esgerler

“Anası erməni millətindən olan adamın Müdafiə Nazirliyində nə işi var?!”

Ali Hərbi Akademiyasında yüksək vəzifə tutan polkovnik Seyran Qafarov Xocalıda hadisələr baş verən vaxt 366-cı motoatıcı alayın tabe olduğu qərargahda xidmət edib

“O, özü etiraf edib ki, anası ermənidi”.  Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Hafta.az-a açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin Ali Hərbi Akademiyasında yüksək vəzifə tutan polkovnik Seyran Qafarov haqda danışarkən deyib. Ü.Cəfərov bildirib ki, Azərbaycanın təhlükəsizlik orqanları ermənilərlə əlaqəsi olan şəxslərə xüsusi diqqətlə yanaşmalıdır: “Anası erməni millətindən olan adamın Müdafiə Nazirliyində nə işi var?! Qarabağ savaşının ən ağır dönəmində bu adam Azərbaycan silahlı qüvvələrinə gəlmədi. Zaqafqaziya hərbi dairəsinin əməliyyat idarəsində xidmət edib. Mən bu məsələni qaldıranda onunla əlaqə saxladılar və dedi ki, bəli, mənim anam erməni olub. Onun həm Ermənistanda, həm də Rusiyanın özündə erməni qohumları var. Azərbaycan xüsusi xidmət orqanları bu məsələyə diqqət yetirməlidirlər. Biz ölkənin təhlükəsizliyini belə şəxslərə qurban verə bilmərik”. Eksert iddia edir ki, S.Qafarovun Xocalı soyqırımı ilə əlaqəsi olub: “Xocalıda hadisələr baş verən vaxt Seyran Qafarov birbaşa olaraq 366-cı motoatıcı alayın tabe olduğu qərargahda xidmət edib. Həmin alayın Xocalıda hansı əməliyyatlarda iştirak etdiyi haqda məlumatı olub. Onda həqiqətən azərbaycanlı qanı vardısa, niyə o etiraz etmədi?! Vətənpərvərlik nümunəsi göstərib azərbaycanlıları xəbərdar etmədi ki, 366-cı motoatıcı alay belə bir genosid həyata keçirtmək istəyir. müharibə qurtarandan sonra bu adamlar gəlib Azərbaycan ordusuna “soxulublar”. O adamları bura yerləşdirənlər Azərbaycan xalqına hesabat verməlidirlər ki, bunda məqsədləri nədir?”

Xatirladaq ki, Üzeyir Cəfərovun 11 iyun 2004-cü ildə Press Klubda keçirdiyi mətbuat konfransında verdiyi açıqlamalar olub. Öz açıqlamasında Ü. Cəfərov bildirib ki, Azərbaycan Silahlı Qüvvələrində xidmət edən erməni əsilli Seyran Qafarov Xocalı faciəsinin təşklində və törədilməsində birbaşa iştirak edib. Bundan əlavə, o digər hərbçi Etibar Qasımovun və Eyvaz Cəfərovun həyat yoldaşının erməni əsilli olduğunu vurğulayıb.

~ tərəfindən Patriot 26/05/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma