OBAMA UKRAYNA XALQINI TƏBRİK ETDİ

obama

ABŞ prezidenti Barak Obama Ukraynanın yeni prezidenti ilə birgə fəaliyyəti səbrsizliklə gözləyir. Bu barədə Obamanın adından Ağ evin yaydığı bəyanatda deyilir.

“Bütün amerikalılar adından Ukrayna xalqını bu gün səs verməklə öz səslərini duyura bildikləri üçün alqışlayıram. Təxribat və zorakılıqlara baxmayaraq, ukraynalılar bütün ölkə boyu, hətta Rusiyanın dəstəyi ilə separatçıların əhalini vətəndaş hüquqlarından məhrum etmək istədiyi Şərqi Ukraynanın bəzi hissələrində seçki məntəqələrinə getdilər və öz səslərini verdilər. Biz belə təhdid altında seçkilərdə iştirak edən hər kəsin qətiyyətini və Ukrayna hökumətinin bu seçkilərin baş tutması üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk.

Son bir neçə ay ərzində Ukrayna xalqı kənar müdaxilə olmadan öz liderini seçmək və demokratiya şəraitində yaşamaq arzusunu dəfələrlə nümayiş etdirib. Bu seçkilər Ukrayna hökumətinin bütün vətəndaşların iştirakı ilə ölkəni birləşdirmək səyləri istiqamətində daha bir mühüm addım oldu.

Birləşmiş Ştatlar Ukraynanın vacib siyasi və iqtisadi islahatla cəhdini dəstəkləmək üçün ölkənin yeni prezidenti, eləcə də demokratik yolla seçilmiş parlamenti ilə birgə fəaliyyəti səbrsizliklə gözləyir.

Biz həmçinin, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyimizi davam etdirir, Rusiyanın işğalını və Krımı ilhaq etməsini mühakimə və rədd edir, münaqişənin dinc həll yolunu tapmaq üçün Ukrayna və başqa tərəfdaşlarımızla işləməyi əvvəlkitək özümüzə borc bilirik”, – deyə bəyanatda bildirilir.

~ tərəfindən Patriot 26/05/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma