LAÇININ İŞĞALINDAN 22 İL ÖTÜR (FOTOLAR)

lacin

İşğal nəticəsində 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əsir düşmüşdür

lacin isgalAzərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunun işğalından 22 il keçir. 1992-ci il mayın 17-18-də Laçın şəhəri və rayonu (Qubadlı istiqamətindəki bəzi kəndlər istisna olunmaqla) ermənilərin əlinə keçib. Həmin ilin payızında Azərbaycan ordusu rayonun şimal hissəsini geri qaytarıb. 1993-cü ildə Laçın bütünlüklə işğal olunub. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsi ilə daxil olub.

Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində dağlıq ərazidə yerləşir. Şimaldan Azərbaycanın Kəlbəcər rayonu, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, cənubdan Qubadlı, qərbdən isə Ermənistan ilə həmsrhəddir. Laçın rayonunun ərazisi 1883 kvadrat km-dir. 65507 nəfər əhalisi olan Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. Bu səfalı məkan 126 kənddən, 1 şəhərdən və 1 qəsəbədən ibarətdir. Tarixçilərin fikirinə görə, Laçın şəhərinin yerini Tağı Şahbazi Simurğ seçmiş və bu adı da ona özü vermişdir. Laçın 1923-cu ilə qədər Abdallar, sonra isə Laçın adlanıb. Ərazisi əsasən dağlıq relyefdən ibarətdir. Burada əsasən maldarlıq, arıçılıq, əkinçilik, taxta-şalban istehsali inkişaf edib. Hal-hazırda Laçın rayonunun əhalisi Azərbaycan Respublikasının müxtəlif ərazisinə səpələnmişdir. Rayonun iqtisadiyyatında heyvandarlıq əsas yer tutur. Kənd təsərrüfatının əsasını taxılçılıq və meyvəçilik təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayonun işğalı ilə bağlı yaydığı məlumatda bildirilir ki, Laçın rayonu ərazisində ümumi ehtiyatları 1124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), 2 əlvan bəzək daşı, vulkan külü və digər təbii sərvətləri var. Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcuddur. Laçın rayonundakı Qaragöl Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlığı da hal-hazırda işğal altındadır. Ümumi sahəsi 240 hektar olan qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü var. 1961-ci ilin noyabr ayında heyvan və quşları qoruyub saxlamaq və artırmaq məqsədi ilə yaradılan Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb. 1989-cu ildə yasaqlıqda aparılan yoxlama zamanı dağ keçisi (bezoar keçisi) 96, qaban 360, cüyür 320, ayı 110 baş, eləcə də, çoxlu sayda canavar, porsuq, dələ, qırqovul, kəklik qeydə alınıb. İşğal nəticəsində 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri, o cümlədən, 31 nəfəri hər iki valideynindən yetim qalmışdır. İşğala qədər rayon ərazisində 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı olmuşdur. Laçın ərazisi başa-baş bir tarix muzeyidir.

Coğrafi mövqeyinə görə Laçın rayonu ən yüksək dağ rayonlarından biridir. Ən hündür nöqtəsi dəniz səviyyəsindən 3594 m yüksəklikdə yerləşən Qızılboğaz dağıdır. Ərazidə narzan tipli bulaqlar, çoxlu miqdarda müxtəlif tikinti materialları, yataqları vardır. İşğal altında 8950 bina, o cümlədən, 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi qalıb. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Laçınlılar indi 59 şəhər və rayonda məskunlaşıblar.

laçınlıların yeganə arzusu vətənlərinə qayıtmaqdır. İyirmi bir illik məcburi köçkünlük həyatı yaşamalarına baxmayaraq, qürurlarını hər zaman qoruyub saxlayan laçınlılar inanırlar ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın milli mənafeyinə uyğun həll olunacaq, işğal altındakı bütün ərazilərimiz düşmən tapdağından azad ediləcək.

Düşmən əlində olan Azərbaycan torpağı Laçından fotoları təqdim edirik.

~ tərəfindən Patriot 17/05/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma