TÜRKİYƏDƏ MATƏM ELAN OLUNDU

manisa facie

Türkiyənin Manisa şəhərindəki kömür mədənində çoxsaylı insan tələfatı ilə nəticələnən faciəyə görə ölkədə 3 günlük matəm elan edildi

Mayın 13-də günorta saatlarında Türkiyədə – Soma mədənində baş verən partlayışda ölənlərin sayı 245-ə çatıb. Ancaq çox çətinliklə qurtula bilən insanlar mədəndə, uçqunlar altında daha çox insanın olduğunu bildirir.

“Soma Holdinq”in İdarə Heyətinin sədri Alp Gürkan “Radikal” qəzetinə açıqlamasında faciənin hansı səbəbdən baş verdiyinin hələlik bilinmədiyini deyib.

Mədəndə baş verən faciədən sonra ölkə gündəmində şirkətin uşaq əməyini istismar etdiyi haqqında xəbərlər dolaşmağa başlayıb. Deyilənlərə görə, partlayış zamanı mədəndə 15 yaşlı yeniyetmə işçi də varmış. Gürkan bu xəbəri təkzib edib.

Artıq 2 gündür Türkiyə alimləri mədəndə partlayış və yanğının hansı səbəbdən əmələ gəlməsi ilə bağlı çeşidli versiyalar irəli sürür. Soma Elektrik Mühəndisliyi Odası başqanı Heseyin Yeşil və Soma Mədən Mühəndisliyi Odası başqanı Mehmet Torun ilkin rəsmi versiyanı alt-üst edən açıqlamalar verdilər. İlkin versiya kimi yanğının elektrikdən yarandığı açıqlanmışdı. H.Yeşil isə mədəndə havalandırma sistemi normal işləmədiyi üçün yeraltı qazların sıxılaraq qəfil partlaması versiyasını irəli sürülüb. M.Torun isə deyib ki, texniki qaydalara əməl edilmədiyinə görə yeraltı qazlar kömürü alışdırıb, yanğın bu səbəbdən yaranıb.

Mədənin yuxarı hissəsində olan və partlayışdan qurtula bilən işçilər də Somada texniki təhlükəsizlik qaydalarına ciddi əməl edilmədiyini, texniki qaydaların yalnız dövlət orqanlarından yoxlamalar gələrkən yada düşdüyünü deyiblər.

Türkiyə müxalifəti isə mədəndəki fəlakət üçün hakimiyyətin məsuliyyət daşıdığını deyir. Müxalifət bildirir ki, dəfələrlə hökuməti Soma mədənindəki fəlakətli durum haqqında xəbərdar etsələr də, rəsmilər bu məsələyə barmaqarası baxıb. Sonuncu dəfə isə 20 gün öncə CHP millət vəkili Özgür Özəl məsələ ilə bağlı parlament toplantısında həyəcan təbili çalıb, Somada genişmiqyaslı yoxlamalar aparılaraq problemin üzə çıxarması üçün xüsusi komissiya yaradılması təşəbbüsünü irəli sürüb. Hökumət rəhbərliyinə ünvanlanan bu tələbə CHP, MHP və BDP-dən 60 millət vəkili imza atıb. Ancaq TBMM-in rəhbərliyi təşəbbüsü dəstəkləməyib. Özəlin “mədəndə həlak olanların hüzrünə getməkdən yorulduq, dövlət bu məsələyə əl qoymalıdır” sözləri ilə yadda qalan çıxışından 20 gün sonra isə Türkiyə tarixinin ən böyük mədən faciəsi yaşanıb.
Ötən gün baş nazir Ərdoğan da Manisaya gəlib. Baş nazir olay yerində vətəndaşlarla görüşüb, istintaqın gedişi ilə maraqlanıb, mediaya açıqlamalar verib. Baş nazirin səfərində diqqət çəkən məqamlardan biri Ərdoğanın mühafisəzinin görünməmiş dərəcədə gücləndirilməsi olub.

Çalışma və Sosial Güvənlik naziri Faruk Çelikin Manisaya gəlməməsi isə “bu ölkədə işçilərin sahibi yoxdur” tipli sərt təpkilərə yol açıb. Çalışma və Sosial Güvənlik Nazirliyindən verilən açıqlamada bildirilib ki, Çelik Somaya mayın 15-də prezident Abdullah Güllə bərabər gedəcək.

Mayın 14-də ana müxalifət CHP-nin sədri Kamal Kılıçdaroğlu da Manisaya gedib. O, Manisa Dövlət Xəstəxanasında xəstəxanada yaralıları və onların yaxınlarını ziyarət edib, vətəndaşlara səbr diləyib.

Manisada yaşanan faciənin Türkiyədə son faciə olmasını arzulayır, uca Allahdan həlak olanlara rəhmət, qalanlarına səbir, yaralılara şəfa diləyirik.

~ tərəfindən Patriot 14/05/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma