LEYLA YUNUS FRANSA PREZİDENTİ İLƏ HARADA GÖRÜŞƏCƏYİNİ AÇIQLADI

leyle_yunus

Bakıda səfərdə olan Fransa prezidenti Fransua Ollandın Sülh və Demokratiya İnstitutunun direktoru, ermənilərin xeyrinə casusluqla bağlı qaldırılmış cinayət işində adı keçən Leyla Yunusla harada və nə vaxt görüşəcəyi açıqlanıb.

Bu haqda xəbəri Leyla Yunus Fransa Beynəlxalq Radiosuna (Radio France İnternational-RFİ) deyib.

Məlumata görə, əslində Leyla Yunusla görüş Fransua Ollandın rəsmi səfər proqramına daxil edilməyib. Və son ana qədər Leyla Yunusun F.Ollandla görüşüb-görüşməyəcəyi dəqiq deyildi.

Lakin Leyla Yunus RFİ-yə açıqlamasında deyib ki, görüş sabah – mayın 12-də günorta Fransa səfirliyinin binasında baş tutacaq. L.Yunus bildirib ki, hazırda azadlıqda qalmağına görə şəxsən Fransua Ollanda borcludur.

“Mən bu görüşə görə ona böyük minnətdarlıq ifadə etmək istəyirəm, bu, mənim üçün böyük şərəfdir. Əminəm ki, bu gün azadlıqda olmağım və aprelin 29-də həbsxanaya göndərilməməyim məhz bu görüşə görədir. Mənim adım Azərbaycan rəsmilərinə Fransa prezidentinin görüşəcəyi şəxslərdən biri olaraq təqdim edilmişdi” – deyə L.Yunus bildirib.

~ tərəfindən Patriot 11/05/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma