MƏHŞUR ÇOBANIN OĞLU QATİL OLDU

coban_xanis

Çoban Xanışın oğlu arvadını öldürdü

Arvadının ondan 102 xidmətinə şikayət etməsi Nazim Şahıyevin xoşuna gəlməyib

Lerik rayonunda ağır qətl hadisəsi baş verib

Verildiyi məlumata görə, 1974-cü il təvəllüdlü Nazim Xanış oğlu Şahıyev həyat yoldaşını qətlə yetirib. Hadisə ötən gün axşam saat 19-radələrində baş verib.

Belə ki, Nazim Şahıyev axşam saatlarında sərxoş fvəziyyətdə evə gəlib. Arvadı, 1975-ci il təvəllüdlü Səkinə Şaban qızı Əliyeva ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Bu zaman qadın həyətə düşərək Daxili İşlər Naziriliyinin 102 xidmətinə zəng edərək əri tərəfindən təhdidlərə məruz qaldığını bildirib. Arvadını izləmək üçün çölə çıxan kişi onun adıçəkilən xidmətə zəng etdiyini görüb. O evə qayıdara mətbəx bıçağını götürüb. Qadını bıçaqlamaq üçün onun arxasınca qaçmağa başlayıb. Bu zaman Səkinə Əliyeva qaçaraq qonşunun həyətinə girmək istəsə də, buna nail ola bilməyib.

N.Şahıyev ona qonşunun qapısının yanında 6 bıçaq zərbəsi vurub. Qadın xəstəxanaya çatrılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Lerin rayon prokurorluğunun müstəntiqi Abdulla Abdullayev onların boşansalar da, bir evdə yaşadıqlarını bildirib. Onun sözlərinə görə, təqsirləndirilən şəxs artıq saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, N.Şahıyev çoban kimi tanınan Xanış kişinin oğludur. Xanış kişi 2009-cu ildə 77 yaşında vəfat edib
coban xanis-eliyev

~ tərəfindən Patriot 07/05/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma