DƏLƏDUZLUQDA İTTİHAM OLUNAN SABİQ MİLLƏT VƏKİLİ AZADLIĞA BURAXILDI

guler ehmedova

Gülər Əhmədova məhkəmə zalından azadlığa buraxılıb.

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xəbərə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Gülər Əhmədova barəsində 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib.

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilir. APA-nın xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə elan olunan fasilədən sonra vəkil Əfsər Talıbov çıxış edərək Gülər Əhmədova barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.

Daha sonra Gülər Əhmədovaya son söz demək üçün imkan yaradılıb. Gülər Əhmədova isə yuxu dərmanı qəbul etdiyini, ona görə də ona bir gün vaxt verilməsini xahiş edib. Hakim isə sön söz deməsə, bunun imtina kimi qiymətləndiriləcəyini deyib.

Gülər Əhmədova bundan sonra çıxış edib.

Gülər Əhmədova bildirib ki, ekspert rəyini gözləmədən onun barəsində qanunsuz olaraq cinayət işi başlanıb. Həmçinin deputata ola-ola ölkədən çıxmasına qanunsuz olaraq qadağa qoyulub:

“Ekspertlər burada danışanda dedilər ki, videolar montaj ola da bilər, olmaya da bilər. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bağlı zərərçəkmiş yoxdursa, iddia yoxdursa, Bakı Ağır Cinayətlər Məhkəməsi nəyə görə mənə iş kəsib, bilmirəm. Hesab edirəm ki, bu, anoloqsuzdur. Mən uzun müddət parlamentdə qanunvericilik işi ilə məşğul olmuşam. Deyirlər ki, Səlcuq Ağlayanın barəsində Türkiyə məhkəməsinin hökmü bizim üçün əsassızdır. Bu çox gülməli bir şeydir. Camaat kar, kor deyil, adamı dağ başında gizlədərlər. İstanbulda istədiyi yerə gedib, nə istəyir edib, bu işdə qanuni bir şey yoxdur, deyim bunu eləmişəm, günahımdan keçin. Mənim üçün ən vacib olan Azərbaycan dövlətçiliyi və qanunvericiliyidir. Keçən dəfə prokuror Avropa Konvensiyasından danışdı. Mənə Avropaya gedən yolu göstərməyə ehtiyac yoxdur. O yolu çox prokurordan, hakimdən yaxşı bilirəm. Elşad da, Gülər də qurban olsun Azərbaycan dövlətçiliyinə. Mənim qətiyyən günahım yoxdur. Adam 50 yaşında dələduz ola bilməz. Əgər dələduz olsaydım, 3 dəfə deputat seçilməzdim. Ailəmizin vəziyyəti çox dramatikdir. Elşad Abdullayev Azərbaycan dövlətçiliyinin düşmənidir, mən isə dövlətçiliyin müdafiəsində durmuşam. Sizdən ədalət və mərhəmət diləyirəm”.

Bundan sonra məhkəmə qərarı elan etmək üçün müşavirəyə gedib.

Qeyd edək ki, günün birinci yarısında keçirilən prosesdə vəkil Əfsər Talıbov çıxış edəndə isə Gülər Əhmədova özünü yaxşı hiss etmədiyini deyib. Məhkəmədə beş dəqiqəlik fasilə elan edilib və prosesə təcili yardım çağırılıb. Beş dəqiqəlik fasilə elan olunsa da, fasilə xeyli müddət davam edib. Vəkillər Gülər Əhmədovanın müayinə olunduğunu, ürəyinin kardioqramının çıxarıldığını açıqlayıblar.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kiminəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kiminəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilib.

~ tərəfindən Patriot 05/05/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma