NÖVBƏ LEYLA YUNUSADA ÇATDI (VİDEO)

leyla yunus

Aprelin 29-da saat 00:10 radələrində Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus Beynəlxalq Hava Limanında, Bakı-Doha aviareysini həyata keçirən təyyarəyə minərkən saxlanılıblar.

Leyla Yunusa evlərində və ofislərində axtarış aparılacağı bildirilib. Onlar isə həyata keçiriləcək bütün tədbirlərin vəkil vasitəsilə aparılmasını tələb ediblər.

Məlumata görə, saxlanılan şəxslər vəkil olaraq Xalid Bağırovu tələb ediblər. Vəkil Xalid Bağırov faktı təsdiqləyib. O deyib ki, bir qədər əvvəl hava limanında olsa da, ona heç bir məlumat verilməyib və saxlanılan şəxslərlə görüşməsi mümkün olmayıb: “Amma onlar indi də hava limanındadırlar.  Hazırda hüquq-mühafizə orqanları onların yüklərində axtarış aparır. Bundan sonra isə evlərində və ofislərində axtarış aparılacağı gözlənilir”.

Saat 00.55-də həyat yoldaşı Arif Yunus ilə birgə Bakı hava limanında olan Leyla Yunus “Amerikanın Səsi”nin müxbirinin telefon zənginə cavab verib. “Bizim çemodanlarımızı, çantalarımızı yoxladılar, sənədlərimizi və kompüterimizi götürüblər. İndi evimizdə və ofisimizdə axtarış aparacaqlar”, o qeyd edib.

Saat 01:40-da Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun Bakıdakı ofisinin qarşısına 1 polis maşını və 2-3 nəfər polis əməkdaşı gəlib. Hüquq müdafiəçilərini saxlayan polislərin yanında azı 6 nəfər mülkigeyimli şəxs olub. Polislər Leyla Yunusun evinə də  gəliblər. İki nəfər mülki geyimli onun yaşadığı binaya keçib. Vəkil Xalid Bağırov deyib ki, hazırda Leyla və Arif Yunusların yaşadığı binanın həyətində polis əməkdaşları var. Onlar bir qədər sonra evdə axtarış aparacaq: “Müstəntiqi gözləyirik. O, gələn kimi evdə axtarış olacaq”. Halı pisləşən Arif Yunus Mərkəzi Klinik Xəstəxanaya aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Yaşadığı evə gələn hüquq müdafiəçisi polis və prokuratura əməkdaşlarına qapını açmaqdan imtina edib. O bunun üçün ona order təqdim olunmağını və saxlanılmasının səbəbləri haqda məlumat verilməsini tələb edib.

Mülki geymdə olan prokurorluq əməkdaşları bildiriblər ki, onlara tapşırıq gecə saatlarında verilib və onlar vəzifə borclarını həyata keçirirlər.Polis səlahiyyətlisi ona hüquqlarının oxunması ilə bağlı xatırlatma etməyə çalışsa da, Leyla Yunus ona bu haqda heç bir prosedurun həyata keçirilmədiyini, əməkdaşın yalan danışdığını və faktiki olaraq bütün hüquqlarının pozulduğunu bildirib. Polis əməkdaşları mənzilə güclə girməyə çalışıblar və bu zaman hüquq müdafiəçisi ilə aralarında insident yaşanıb. Leyla Yunus bütün gecəni polis əməkdaşlarının ona və həyat yoldaşına qarşı təhqiredici münasibətilə və psixoloji təzyiqlərilə üzləşdiyini bildirib: “Gecəni məni tualetə belə buraxmadılar, mən orada olarkən, 4 nəfər polis və bu polis (şəkildəki) zorla tualetə daxil oldu və bütün gecəni mən ağrılar içərisində qıvrıldım. Bu münasibətin nəicəsidir ki, mənim ərim hazırda xəstəxanadadır.”  Polis rəisi bildirib ki, polislər tualetdə hüquq müdafiəçisini təhlükədən qoruyublar və ona heç bir bədən xəsarəti yetirməyiblər.  Leyla Yunus gecə saat 23:00-da sxlanıldığını və səhər saatlarına qədər ona mənəvi işgəncə verildiyini bildirib: “Bütün gecəni məni yatmağa qoymayıblar. Elə bil 38-39-cu illərdir. İndidə orta əsrlər qaydası ilə məni güclə maşına mindirib, aparmağa çalışırlar”. RATİ sədri, hüquq müdafiəçisi Emin Hüseynovun, “nə üçün yanınızda qadın polisi gətirməmişdiniz. Ümumiyyətlə qadın tualetdə olanda yanına kişi polisinin girməsi olarmı? ” sualına polis rəisi, “olar, çünki o azərbaycanlı yox, erməni qadınıdır” deyib. “O zaman azərbaycanlı kişisinə bu hərəkəti etmək yaraşarmı?” sualına polis rəisi, “yaraşar, lap canını da alaram. O öz millətini sevsin” deyib.

~ tərəfindən Patriot 30/04/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma