PUTİNƏ ƏFQANISTAN XATIRLADILDI

efqanistan

Mərkəzi Kəşfiyyat İdarəsi Putini Ukraynada ikinci Əfqanıstanla hədələdi

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennanın Kiyevə məxfi səfərinin məqsədi Ukraynanın şərqində Rusiyaya qarşı uzunmüddətli partizan müharibəsinə hazırlıq görmək olub, bu barədə “The Daily Beast” qəzeti yazır.

“Con Brennan aprelin 13-də Kiyevə gizli səfər edəndə bilirdi ki, onun səfərinin üstü açılacaq. Lakin bu səfər ilk növbədə Putinə mesaj idi: o bilməlidir ki, əgər Rusiya Ukraynanın şərqinə hərbi müdaxilə etsə, Əfqanıstanda on illər əvvəl sovet qüvvələrini diz çökdürən partizan müharibəsinin bənzəri ilə qarşılaşacaq” – deyə qəzet yazır.

Məqalədə bildirilir ki, C.Brennanın səfəri təkcə Putinə mesaj vermək məqsədi daşımayıb. ABŞ kəşfiyyatı doğrudan da Ukraynaya kömək üçün hansısa məxfi plan üzərində işləyir.

“Ağ Ev Ukraynanı partizan müharibəsi aparmaq üçün təchiz etmək qərarına gəlib. Bura partlayıcı maddələr, minomyotlar, atıcı silahlar və qumbaralar daxildir” – deyə məlumatda bildirilir.

Qəzet yazır ki, Obama administrasiyasında Ukraynaya məxfi kömək göstərmək üzərində ciddi düşünürlər. Çünki Ağ Evdə dərk etməyə başlayıblar ki, indiki kurs işləmir və amerikalıları dünyanın gözündə zəif göstərir.

Qəzetin məlumatına görə, Con Brennanın səfərindən Rusiya o saat xəbər tutub ki, bu da təəccüblü deyil. Hazırda Ukraynanı Rusiya agentləri başına götürüb və onlar Kiyevdə hakimiyyət dəhlizlərindən tutmuş ucqar bölgələrdə baş verənlərə qədər hər şeyi izləyirlər.

Amerika kəşfiyyatındakı mənbə bildirib ki, əgər Putin Ukraynanın şərqindən əlini çəksə, məxfi yardım proqramı da işə düşməyəcək.

 

~ tərəfindən Patriot 17/04/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma