BU MAAŞA KİM NƏ ALA BİLƏR?

varli-kasib

Prezident pensiyaçıdan 90, həkimdən 75 dəfə çox maaş alır

Azərbaycanda nazirlərin, adi vəzifə adamlarının, onların ailə üzvlərinin dəbdəbəli həyatı, bahalı mal-mülkləri barədə az qala hər gün müxtəlif internet saytlarında məlumatlar, fotolar verilir. Əksər hallarda da məmurlar bunların yalan olduğunu deyir, jurnalistləri yalançılıqda ittiham edirlər.

Burada biz bütün kateqoriyalardan olan yüksəkvəzifəli məmurların aldıqları rəsmi əmək haqlarının cədvəlini vermişik. Belə məmurlardan hər hansı birini tanıyırsınızsa, qonşunuzdursa, çox güman necə bir həyat sürdüyünə də bələdsiniz. Bu siyahıda gördüyünüz əməkhaqqı ilə onun yaşadığı həyat tərzini qurmaq mümkün olub-olmamasına özünüz qərar verin.

maas

PREZİDENT ORTA PENSİYADAN 90 DƏFƏ ÇOX MAAŞ ALIR

Bir prezidentin öz ölkəsində dövlət büdcəsindən hamıdan çox maaş alması o qədər də qəribə deyil. Amma Azərbaycanda dövlət başçısının maaşı ilə orta aylıq pensiya arasında 90 dəfə fərq var. Prezident İlham Əliyevin aylıq əməkhaqqı 15 000 manatdır. Onun rəhbərlik etdiyi ölkədə orta aylıq pensiya isə 165 manat. Üstəlik, prezidentin özünün və ailəsinin təminatı dövlət büdcəsindən ödənilir.

Konstitusiyaya əsasən, Azərbaycanda ikinci şəxs Baş nazirdir. Hökumətə rəhbərlik edən Artur Rasizadə prezidentdən 6 dəfə (2 406 manat), konstitusiya ilə Baş nazirdən sonrakı sırada dayanan Milli Məclisin sədri isə 4.5 (3 375) dəfə az əməkhaqqı alır.

Əhalinin başqa təbəqələrinin maaşları ilə prezidentin əməkhaqqı arasında fərq isə onlarla dəfədir. Məsələn, prezident sıravi həkimdən 75 dəfə, müəllimdən 52 dəfə çox maaş alır.

Bu rəqəmlərin konkret nə ifadə etdiyini əyani görmək üçün təsəvvür edək ki, martın sonlarında hamı maaşını alan kimi bazara gedir. Görək, öz maaşına kim ailəsi üçün nə ala bilərdi?

Azərbaycan ailələrində ən çox işlənən malların aprel ayına olan qiymətləri əsasında kiçik bir cədvəl tərtib edək:

maas - statistika

~ tərəfindən Patriot 17/04/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma