VƏLİ KİÇİK: “TÜRKİYƏ HƏR KƏSİN GÖZÜNÜN QALDIĞI ÖLKƏDİR”

veli kicik

“Azərbaycan prezidenti mənə dedi paşa, yox olacaqsan…”

Türkiyədə 2007-ci ildən bəri həbsdə saxlanıldığı Silivri həbsxanasından buraxılan jandarma generalı Vəli Kiçik anadan olduğu Bilecik bölgəsinin Gölpazarı qəsəbəsinə gedib.

Türkiyə qaynaqlarına istinadən xəbər görə onu minlərlə adam qarşılayıb. Qəsəbədə təşkil edilən “Türkmən şənliyi” mərasimində çıxış edib.

“ABŞ prezidenti Corc Buş demişdi ki, hər dəfə barmağımı xəritədə Türkiyənin üzərinə qoyanda içim titrəyir. Elə duruma gəldik ki, dünyanın mərkəzi Orta Şərq oldu. Dünyanın mərkəzində də Türkiyə var. Mən sizə qısa əhvalat danışacağam. 2000-ci ildə mən Bilecikdə briqada komandiri idim. Çox yaxın dostum mən həbsdə olarkən rəhmətə getdi, cənazəsinə gedə bilmədim. Azərbaycan cümhurbaşqanı mənə dedi ki: “Paşa, yox olacaqsan, yox olacaqsan”. Mən onun nə dediyini anlamadım. Sonra dedi ki: “Qərar alındı, coğrafiya dəyişəcək, Orta Şərq yox olacaq. Orta Şərq yox olduğu üçün bütün dövlətlərin sərhədləri dəyişəcək. Bu sərhədlərin dəyişə bilməsi üçün əvvəlcə Türkiyənin yox olması lazımdır”.

Vəli Kiçik daha sonra deyib ki, Türkiyəni yox etmək elə də asan deyildi, bunun üçün əvvəlcə türk ordusunun yox olması lazım idi: “Türk ordusunun yox edilə bilməsi üçün bəlkə də tale məni vurdu. Tutdular, 1980-ci ildən bu yana baş vermiş hər hadisəyə Vəli Kiçiyi soxdular. Hesablamışdılar ki, əgər Vəli Kiçik tutulsa, heç kim səsini çıxarmaz. Bu səbəblə ilk dəfə mən tutuldum. Ancaq bu da bir gerçək idi ki, məni tutmağı yox, öldürməyi planlaşdırmışdılar. Bütün gizli təşkilatlar arxamda idi. Həyat yoldaşım dedi ki, bəlkə də Allah səni həbsxanaya salaraq qoruma altına aldı”.

Qeyd edək ki, general Vəli Kiçik Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəylə yaxın idi və onunla tez-tez təmasda olurdu. 2000-ci ildə isə Azərbaycanın prezidenti Heydər Əliyev idi. Bu baxımdan “paşa, yox olacaqsan” xəbərdarlığını Vəli Kiçiyə kimin etdiyi qaranlıq qalır. Çünki Türkiyədə eks-prezidenlərə də “cümhurbaşqanı” kimi müraciət etmək qəbul olunub.

~ tərəfindən Patriot 17/03/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma