HEYDƏROV TERRORÇULUQDA İTTİHAM EDİLDİ (VİDEO)

azerbaycan_saati

Böyük ticarət mərkəzlərini kimlər və niyə yandırır?

“Azərbaycan Saatı” programı 16.03.2014

~ tərəfindən Patriot 17/03/2014.

Bir Cavab to “HEYDƏROV TERRORÇULUQDA İTTİHAM EDİLDİ (VİDEO)”

  1. *** HACIYEV VİLYAM FAXRALI oğlunun YALAN MƏZMUNLU MƏKTUBunda yazdıqlarının doğru olmadığını mənim sizə yolladığım sənədlər SÜBUTa yetirir !
    *Əgər mümkünsə,bu yazdıqlarımın heç bir yerini kəsmədən,hətta bu mövzuya öz yanaşmanızı da əlavə edərək DƏRC edəsiniz !!!
    *Hörmətli redaksiya,bu yazdıqlarımı DƏRC EDƏNDƏ mənə də məlum etməyi unutmayın !
    Salam,hörmətli redaksiya.Qəzetiniz tez-tez DÖVLƏT MƏMURLARININ sahibkarların,biznes adamlarının,sıravi Azərbaycan vətəndaşlarının başına gətirdikləri hadisələrlə bağlı məlumatları çap edir.Sizin belə məqalələri işıqlandırmağınız sıravi vətəndaşları az da olsa qane edir.Düzdür,hamı anlayır ki, əvvəllər olduğu kimi yazılan faktlar doğru olarsa belə həmin dövlət məmurunu dərhal tutduğu vəzifəsindən uzaqlaşdırmayacaqlar.Amma buna baxmayaraq məqalə DƏRC olunanda az da olsa təsəlli tapırlar.
    Elə məmur var ki,onun barəsində bəlkə də 100-lərlə fakt olan şikayət məktubları internet qəzetində dərc olunub,ancaq onun heç vecinə də deyil.Öz vəzifəsində yenə də çalışır,hələ əvvəlkindən də çox vətəndaşları,biznes və sahibkar əhlini incidir,onların başına olmazın oyunları açır,ancaq nəticədə yenə də kefindədir.Buna baxmayaraq baş vermiş ədalətsiz hadisələri heç olmasa internet qəzetləri işıqlandırsalar,bəlkə həmin həmin dövlət məmuru özünə yığışar deyə bir az sakitlik tapırlar.Məmurlar nahaqdan təkcə bir neçə sahibkarı,vətəndaşı incitsələr,nə varki?
    Həmin “GÖZƏL DÖVLƏT MƏMURLARI”ndan biri də hal-hazırda İmişli rayonunun İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışan VİLYAM HACIYEVdir.Imişli RİHB-ı Vilyam Hacıyev Xanlar rayon İHB-sı vəzifəsində çalışarkən “Gül.-Gün.”sahibkar müəssisəsinin sahibkarının başına gətirdikləri barədə bütün Azərbaycan xalqına məlum olsun deyə,bu ŞİKAYƏT MƏKTUBu sizə yazıram.Indi yazacaqlarım sizin qəzetdə dərc olunandan sonra nəinki sizlərə,hətta bütün dünyaya məlum olacaq ki,VİLYAM HACIYEV Xanlar(indi-Göygöl)rayonu İHB-sı vəzifəsində çalışarkən YALAN MƏZMUNLU MƏKTUB yazmaqla “Gül.-Gün.”sahibkar müəssisəsinin fəaliyyətinin dondurulmasına-deaktivləşməsinə çox asanca nail oldu.Indi isə bu ədalətsiz,nahaq görülən işin necə baş verdiyini sizlərə anlatmaq istəyirəm.
    Hörmətli Azərbaycan xalqının nümayəndələri,hamınıza məlum olsun ki, HACIYEV VİLYAM FAXRALI oğlu əvvəllər Gəncə hava limanında bizlərin tabeliyində çalışarkən mənim ona heç bir pisliyim keçməyib.Onunla insani münasibətimiz tam normal olub.Nədənsə,Gəncə hava limanından uzaqlaşandan sonra İHB-sı vəzifəsinə sahib olan kimi mənim sahibkarı olduğum “Gül.-Gün.” sahibkar müəssisəsinə düşmən kəsildi.Əlində heç bir əsası olmadan YALAN MƏZMUNLU MƏKTUB yazıb yuxarılara yolladı.Onun yazdığı YALAN MƏZMUNLU MƏKTUB hüquqi cəhətdən tam qanunsuzdur.Mənim sənədlərimin hamısı tam qaydasındadır.VİLYAM HACIYEV və bir neçə digər DÖVLƏT MƏMURLARI 20 ilə yaxındır ki,həmin vəzifələrdə çalışırlar.Mən isə YALAN MƏZMUNLU MƏKTUB əsasında tam müflisləşmişəm.Ailəmin maddi durumu hal-hazırda ən kritik həddə çatıb.Bütün bu çətinliklərə baxmayaraq,hələ də birtəhər nəfəs ala bilirik.Güman edirəm ki,yaxın vaxtlarda dövlətdən hal-hazırki dövrün tələblərinə uyğun olaraq “Gül.Gün.” sahibkar müəssisəsinə aid olan KOMPENSASİYANI alacağam və sahibkar müəssisəmin fəaliyyətinə START verəcəyəm.Nəhayət,haqsızlığa son qoyulacaq və ədalət qalib gələcəkdir!!! Indi isə baş verənlərin hamısı ilə tanış olun.
    Mən,Niyazov Niyaz Novruz oğlu 1992-ci ilin noyabr ayında “Gül.-Gün.”sahibkar müəssisəsini qurmağa başladım və Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdim.1993-cü ildə müəssisənin ictimai-iaşə və s.obyektlərinin tikinti işlərini həyata keçirməkdən ötrü Gəncə aeroportunun lap yaxınlığında olan Xanlar rayon Bağmanlar sovxozunun ərazisindən 1.5 ha Xanlar rayon İHB-sının sərəncamı və Xanlar rayon XDS-nin qərarı ilə torpaq sahəsi götürdüm.Tez bir vaxt ərzində həmin ərazidə müəssisənin tikinti işlərini başlatdım.Tikintinin xeyli hissəsini həyata keçirmişdim.Davam etdirməkdən ötrü pul gözlədiyimiz bir vaxtda Gəncə aerovağzal kompleksinin yenidən tikintisi məsələsi gündəmə gəldi.Müəssisəmin ərazisi bütövlüklə yeni tikilməkdə olan Gəncə aerovağzal kompleksinin ərazisinə düşdüyü üçün sənədlərimi hazırlayıb dövlətdən KOMPENSASİYAMI almaq qərarına gəldim.Bu da mümkün olmadı.Elə həmin vaxt Xanlar rayon İHB-sı HACIYEV VİLYAM FAXRALI oğlu YALAN MƏZMUNLU MƏKTUB yazaraq Azərbaycan Hava Yollarına yolladı.Məktubunda qeyd etmişdi ki,guya 1.5 ha torpaq sahəsində tikinti işləri aparmaq üçün İHB-nın sərəncamı olmayıb.Nəzərinizə çatdırım ki,VİLYAM HACIYEV bunu yazmazdan əvvəl mənimlə heç bir söhbət belə aparmamışdı.Mən bu işlə əlaqədar olaraq onun qəbulunda olub soruşanda ki,niyə belə qansızlıq edirsən. VİLYAM HACIYEV sakit baxışlarla üzümə baxıb mənə anlatmağa çalışdı ki,belə olmalıdır.Onun bu məktubu əsasında Azərbaycan Hava Yollarının rəhbərliyi mənə cavab yolladı ki,guya sənədlərim qaydasında olmadığı üçün KOMPENSASİYA ala bilmərəm.Əslində bu məsələylə əlaqədar olaraq Azərbaycan Hava Yolları rəhbərliyi mənimlə görüşməli idi.Ona görə ki,KOMPENSASİYA ala bilməməyimdən tam narazı idim.Narazılıq olan işi bir məktubla həll etmirlər.Elə həmin vaxt elə bil iy bilirlər kimi Gəncənin bu işlə məşğul olan bir neçə qrupları hava limanında gözləyirdilər.Vəziyyətdən belə anlamaq olur ki,həmin qruplara bu işlər barədə məlumat vermişdilər deyə onların hamısı həmin an Gəncə aerovağzalının qarşı tərəfindəki ağaclıqda olan çayxanada oturub gözləyirdilər.
    KOMPENSASİYA almaq üçün RƏDD cavabını alandan sonra o zaman külli miqdarda pul xərclədiyim müəssisəmin tikililərini DƏYƏR_DƏYMƏZİNƏ (qəpik-quruşa) satmağa məcbur qaldım.Ona görə ki,Gəncə Hava Limanının direktoru dirənmişdi ki,obyekti təcili yığışdırmalısan.CAHANGİR müəllim deyir ki,yoxsa bulduzerin ağzına veriləcəkdir.Mənim müəssisəmin tikililərinin belə hallara düşməsində BİRBAŞA GÜNAHKAR olan VİLYAM HACIYEV və onun havadarlarını ALLAH bundan da pis hallara qoysun,inşaallah !!!
    Bu uzun illər ərzində mən tamamilə müflisləşdim.BİRBAŞA VİLYAM HACIYEVİN GÜNAHI ucbatından “Gül.-Gün.”sahibkar müəssisəmin fəaliyyəti deaktivləşməli oldu.
    Bizim dövlət məmurları sahibkarın başına belə oyunlar gətirirlər və heç of da demirlər.Elə bil ki,belə də olmalıdır.Onların xətirlərinə də indiyə kimi heç kim dəyməyib.Vəzifə sahibi olanda gözləri ayaqlarının altını seçmir.Düşünürəm ki,bu hal insan bədbəxtçiliyidir.Mənim müəssisəmin fəaliyyətinin deaktivləşməsinin BİRBAŞA SƏBƏBKARI VİLYAM HACIYEV və havadarları hələ də vəzifə başındadırlar deyə fəaliyyətə başlamaq qeyri-mümkündür. Hətta fəaliyyətə başlamaq üçün pul götürməyə belə tam maneçilik törətdirirlər.Vilyam Hacıyev sifarişi(onun o vaxt mənə verdiyi cavabdan elə anlamışdım)vaxtında və dəqiq yerinə yetirdi.Elə ona görə hələ də vəzifə başındadır.Daha doğrusu həmin insanlar ona maneçilik törətmədilər. Sifarişçiləri mən tanımıram,ancaq Vilyam Hacıyev yəqin ki,dəqiq bilir.Elə düşünürəm ki,ALLAH belə məmurların gərəkli paylarını verəcək və sahibkarlar da öz fəaliyyətlərinə başlayacaqlar.Inşaallah !!!
    *Hörmətli redaksiya işçilərinin mənə əlavə sualları olarsa,cavab verməyə hazıram.Günün bütün saatlarında mənimlə əlaqə yaratmaq imkanına maliksiniz.
    *Rica edirəm,jurnalist mövqeyinizdən,savadınızdan istifadə edərək elə bir vəziyyət yaradın ki,YALAN MƏZMUNLU MƏKTUB əsasında mənə ödənilməyən KOMPENSASIYA pulumu ala bilməkdən ötrü azacıq da olsa irəliləyişə nail ola bilim.
    *Bu məsələdə əsas günahkar hal-hazırda Imişli RİHB-sı vəzifəsində çalışan VİLYAM HACIYEVDİR(bir vaxtlar işçimiz olub).
    *Işlərim bu barədə qaydasına düşər-düşməz mən də öz növbəmdə sizləri bir dost kimi heç bir zaman unutmayacağıma söz verirəm.
    *Insan dostluğu hər şeydən üstündür!
    Hörmətlə : “Gül.-Gün.” sahibkar müəssisəsinin sahibkarı – Niyazov Niyaz Novruz oğlu.
    ƏLAQƏ
    E-mail : vaxt.hasil.oldu.1955@bk.ru
    Mob.tel.n: 0503120582, 0556258225
    Skype : niyazov1955

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma