AZƏRBAYCANLI POLKOVNİK KRIMDA RUSLARA QARŞI VURUŞMAĞA GEDİR

isa sadigov

İsa Sadıqov “Cövhər Dudayev” batalyonunun qərargah rəisi təyin olunub.

Ukraynada rus işğalçıları ilə döyüşmək üçün Cövhər Dudayev adına xüsusi sülhməramlı dəstə yaradılır.

Bu barədə Axar.az mücahidlərə yaxın saytlara istinadən məlumat yayıb.

Mətbuat yaradılmış sülhməramlı dəstənin rəhbərinin briqada generalı İsa Munayevin olduğunu yazıb. İsa Munayevin özü isə yayılan bütün informasiyaların hamısının doğru olduğunu mətbuata açıqlamasında bildirib:  

“Elan yayılandan 20 saat sonra bizim elektron ünvanımıza Gürcüstan, Azərbaycan, Polşa, Litva, Estoniya, İsveç, İngiltərə, Norveç, Danimarka, Fransa, Avstriya, Finladiya və hətta Rusiyanın özündən insanlar müraciət edərək, burada iştirak etmək istədiklərini bildirdilər”.  

O, həmçinin müraciət edənlər sırasında ABŞ-ın məşhur ictimai siyasi xadimi Serqey Melnikov, azərbaycanlı hərbi siyasi xadim İsa Sadıqov, hərbi jurnalist Həsən İsayev, Yaponiyadan Şamil Tanaka və digərlərinin olduğunu bildirib. Qeyd edək ki, Krımdakı hadisələrlə əlaqədar Çeçenistanın hazırkı Prezidenti Ramzan Kadırov Rusiyanı müdafiə etmişdi.

Ukrayna mətbuatı isə Çeçenistanda olan “Vostok” hərbi hissəsinin əsgərlərinin Krımda olması ilə bağlı xəbər yaymışdı. Onu da qeyd edək ki, Çeçen İçkeriya Respublikası SSRİ-nin süqutundan sonra çeçenlərin yaratdığı dövlətin adı olub. Dövlət uzun müddət öz azadlığı uğrunda Rusiya ilə mübarizə aparmış sonda ruslar tərəfindən işğal edilib. 2007-ci ildə özünü ÇİR-in rəhbəri elan edən Doku Omarov onun adını dəyişdirərək “Qafqaz İmarəti” adlandırıb. Hazırda ÇİR Rusiya tərəfindən terroçu təşkilatlar sırasında daxil edilib. Xatırladaq ki, polkovnik İsa Sadıqov 1993-1995-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirinin döyüş əməliyyatları üzrə müavini vəzifəsində çalışıb.

 

~ tərəfindən Patriot 07/03/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma