VAQİF AXUNDOVUN OĞLU – “ƏYLƏNCƏLƏR KRALI”

vaqif - murad axundov

Bu məmur balasının həyatı gözəl həyat barədə filmi xatırladır. Hətta birini də yox, bir neçəsini…

Murad Axundovun ziyafət axşamları imperiyası sərhədlər tanımır! General-polkovnik Vaqif Axundovun yeganə oğlu günə-gün yox, ziyafətə ziyafət yaşayır.

30 yaşlı Murad da məmurdur. O, Ədliyyə Nazirliyində işləyir, özü də birinci il deyil. Adama elə gələrdi ki, ədliyyə sistemi və ümumiyyətlə, dövlət xidməti ciddi işdir, lakin insanın əsl mahiyyəti gec-tez qalib gəlir.

murad axundovMurad da əsasən özü və dostları üçün ziyafətlər və konsertlər təşkil edən şirkətin sahibidir. Onun ürəyi “Pitbull” ləqəbli dünya ulduzu ilə əylənmək istəyir. Hansı ki, bu ulduz Cenifer Lopeslə duet oxuyur. Heç bir problem yoxdur, Muradın ürəyi istəyirsə, “Pitbull” Bakıda konsert verməlidir.

Ziyafətlər kralı olan Murad Axundov Azərbaycan paytaxtının bütün “tusovka” iştirakçılarının xəyal etdiyi ulduzlarla dostluq edir. Yeri gəlmişkən, Bakıda Muradın keçmiş qızları ilə görüşmək də böyük şərəfdir, onun bardakı masasının qalıqları da üstünlük vəd edir.

Uşaqlıqda Murad Zuğulbadakı ikinci hökumət iqamətgahında tanış olduğu oğlanların lideri idi. Hansı ki, onlar ilk seksual təcrübələrini əldə edir, poker oynayır və dövlət məmurlarının balalarının digər qumar oyunlarının iştirakçısı olurdular.

Lakin Zuğulba iqamətgahı yeniyetmə oğlan üçün artıq ciddi görünmür: Kann, Monako, Marbelyu, kazino, maşınlar, ən yaxşı klublarda “tusovka”lar, bahalı kostyumlar və saatlar – bütün bunlar 1989-cu ildən Azərbaycanın Xüsusi Dövlət Mühafizə İdarəsinin rəisi olan atanın oğlu, cənab oğul Axundov üçün təbii haldır.

Yaş artdıqca iştah da artır. Və dünya da azlıq etməyə başlayır. Muradın 14 yaşından əylənməyə başladığı nəzərə alınarsa, o zaman yerli əyləncələr onu yormalıdır. Artıq bir neçə ildir ki, Murad öz ətrafı ilə gah Lacivərd sahillərdə, gah Marbelyuda, ən azından Dubayda əylənir. Ümumiyyətlə, klubda “Crystal” şampanına bir neçə min dollar ödəmək onun üçün adi işdir.

Bakının tozlu yollarında tıxacda qalmaqdansa “Porshe 911” kabrioletində Kann yollarında şütüməyi sevir. Əlbəttə ki, həm də kazinoları. Azərbaycanlılar da ərəblər kimi Lacivərd sahillərin əsas qumar müştəriləridir və Murad Axundov da istisna deyil.

Ötən ilin yayında Kanndakı “Gotha” klubunda, müştərinin sifariş etdiyi sözlərin bir neçə min avronun əvəzində monitorlarda bütün kluba yayıldığı yerdə Murad və onun sadiq dostları “Azərbaycan” sözünü sifariş veriblər. Və budur, striptizçilərin rəqsləri altında və Fransadakı erməni lobbisinin pəncərəsinin qarşısında, Lacivərd sahillərin ən bahalı klubunda bizim 20 faizi Ermənistan tərəfindən işğal olunmuş vətənimizin adı səslənir.

Heydər Əliyev Fondunun Azərbaycanı dünyada zəngin mədəniyyətə, ziyalı insanlara malik ölkə kimi tanıtmağa, beynəlxalq ictimaiyyətə bizim Qarabağ münaqişəsindən əziyyət çəkən ölkə olduğumuzu çatdırmağa çalışdığı bir vaxtda məmurların uşaqları öz hərəkətləri ilə bütün bu işlərin üstündən xətt çəkir.

Hollivud öz karyeralarını lap aşağıdan başlayan milyarderlər barədə motivasiyalı filmlər çəkir. Azərbaycanda isə hələ də hamı ağzını açıb naməlum mənşəli pulları sağa-sola səpələyən məmur uşaqlarına tamaşa edir. İnternetdə müxtəlif VİP səhifələrdən köçürülümş şəkillərin toplandığı hər cür hesablar və forumlar var.

“Pasanların” maşınlarla, telefonlarla çimərlikdə çəkilmiş şəkilləri bu yazılarla müşayiət olunur: “Bakının ən elit oğlanı”.

Və bizim burada məmur balalarının şirin həyatından hiddətləndiyimiz bir vaxtda bu cür səhifələrin on minlərlə azarkeşi var. Məmurların balaları öz “elitarlıqları” ilə nə edəcəklərini artıq bilmirlər, onlar atalarından hədiyyə olan dəbdbənin və öz həmyaşıdlarının nifrətinin içində üzürlər.

Murad Axundov, biz sizin vergi bəyannamənizə göz gəzdirmək istərdik. Əgər sizin əlavə gəlir mənbəyiniz varsa və onun sayəsində istirahət edə, əylənə bilirsinizsə, o zaman izah edin görək bu nə mənbədir. Əlbəttə ki, siz bunu edən deyilsiniz, çünki siz, Murik100, digər MƏMURLAR kimi hansısa bizneslə məşğul ola bilməzsiniz. Yaddan çıxarmısınız?

~ tərəfindən Patriot 06/03/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma