YULİYA TİMOŞENKO AZADLIQDA

timosenko

Ukrayna Ali Radası keçmiş Baş nazir Yuliya Timoşenkonun azad edilməsinə dair qərar qəbul edib.

Associated Press eks-nazirin mətbuat katibinə istinadən mətbuata verilən xəbərdə deyilir ki, artıq Timoşenko koloniyanı tərk edib. Onun sözlərinə görə Xarkov türməsindən Timoşenkonu artıq buraxıblar, lakin, keçmiş baş nazirin sonrakı planları haqqında mətbuat katibi bir söz deməyib. Qeyri rəsmi məlumatlara görə Timoşenko Kiyevə üz tutub.

Qeyd edək ki, keçmiş baş nazir Yuliya Timoşenko Rusiya ilə qaz anlaşması zamanı səlahiyyətlərindən kənar hərəkətlərinin olması mühakiməsi ilə 7 ildir ki, türmə həyatı yaşayırdı.

Bundan əlavə ən son məlumatlara görə Ukrayna parlamenti ölkənin Baş prokuroru Viktor Pşonkaya etimadsızlığını bildirib. Şənbə günü müvafiq qərarın lehinə parlamentin iclasında 311 deputatdan 247-si səs verib.

Səsvermədən sonra Ali Radanın spikeri Aleksandr Turçinov deyib: “Viktor Pşonka artıq səlahiyyətlərini icra etmək hüququna malik deyil”.

~ tərəfindən Patriot 22/02/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma