MERKEL UKRAYNA MÜXALİFƏTİNİ DƏSTƏKLƏDİ

klicko-merkel

Almaniya kansleri Angela Merkel Ukrayna müxalifətinin liderləri Vitali Kliçko və Arseni Yatsenyukla görüşərək onlara dəstəyini bildirib.

Kliçko Almaniyanın gündəlik Bild qəzetinə bildirib ki, Ukrayna müxalifəti Avropa İttifaqının Yanukoviç hökümətinə qarşı sanksiyalar tətbiq edəcəyinə ümid edir.

Xanım Merkelin sözçüsü bildirib ki, Almaniya kansleri Ukrayna xalqının narahatlıqlarını anlayışla qarşılayır. Lakin xanım Merkel hal-hazırda sanksiyaların tətbiq olunması çağrışı ilə razılaşmır.

Angela Merkelin partiyasından nüfuzlu qanunverici Andreas Şokkenhoff Ukrayna müxalifət üzvləri ilə görüşündə siyasi böhrana son qoymaq üçün hələ də prezident Yanukoviçlə güzəşt əldə etmək üçün real şanslar olduğunu və sanksiyaların tətbiq edilməsini düzgün olmadığını düşündüyünü bildirib. Lakin o belə bir variantın istisna edilmədini də əlavə edib.

Kliçko və Yatsenyuk Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondunun Ukraynaya iqtisadi yardımının vacibliyini vurğulayıblar, lakin qeyd ediblər ki, bu yardım Yanukoviç hökumətinə çatmamalıdır.

~ tərəfindən Patriot 19/02/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma