AB-AZƏRBAYCAN SAZİŞİNİN MƏTNİ DƏRC OLUNDU

avropa

Avropa Birliyinin daxili işlər üzrə Şurası Azərbaycanla readmissiya haqqında sazişin imzalanmasına qərar verib.

Məlumata görə, imzalanması planlaşdırılan sazişin mətni AB-nin saytında dərc edilib.

Sənədə əsasən Azərbaycan tərəfi Avropa Birliyi ölkələrinə qanunsuz gedən və bu ölkələrdə qanunsuz yaşayan ölkə vətəndaşlarını geri qaytarmaq barədə üzərinə öhdəlik götürür. Bundan başqa, Azərbaycan tərəfindən verilən yaşayış icazəsi və ya vizaya malik olan, eləcə də Azərbaycan ərazisi vasitəsilə AB ərazisinə daxil olan üçüncü ölkələrin vətəndaşlarının, vətəndaşlığı olmayan şəxslərin readmissiyası haqda da rəsmi Bakının üzərinə öhdəlik qoyulur.

Öhdəliklər qarşılıqlıdır və AB tərəfi də analoji şərtlərdə bu sazişi imzalayacaq.

Tərəflər ölkədə qanunsuz yaşayan və ya readmissiyanın təsirinə düşən şəxslərin 5 iş günündən gec olmayaraq pul almadan geri qaytarılması üçün müvafiq sənədlər təqdim etməlidir. Üzv dövlətlər və Azərbaycan üçüncü ölkələrin vətəndaşları və ya vətəndaşlığı olmayan şəxslərin tranzitini məhdudlaşdırmalıdır, o halda ki, bu şəxslərin bilavasitə təyinat ölkəsinə qaytarılması mümkün olmasın.

Saziş readmissiya üzrə birgə komissiyanın yaradılmasını da nəzərdə tutur.

Xatırladaq ki, Azərbaycan və AB ötən ilin noyabrında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalayıblar. Bu sənəd readmissiya sazişinin imzalanmasından sonra qüvvəyə minəcək. Readmissiya sazişinə Böyük Britaniya, İrlandiya, Şimal İrlandiya və Danimarka qoşulmayacaq.

AB-nin Avropa qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Ştefan Füle AB Şurasının qərarını şərh edərkən bildirib ki, artıq AB Azərbaycanla readmissiya haqqında sazişi imzalamağa hazırdır: “Bu, vətəndaşlar üçün viza rejiminin sadələşdirilməsi və asanlaşdırılması üçün vacibdir”.

 

~ tərəfindən Patriot 13/02/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma