MÜXALİFƏT YANUKOVİÇİN TƏKLİFİNİ QƏBUL ETMƏDİ (VIDEO)

yanukovic - udar

Kiyevdə etirazçıların yeni hücumu başladı

Yanvarın 26-ı, Bakı vaxtı ilə saat 02:30-da Kiyevin Qruşevsk küçəsində mitinqçilər Ukrayna Evinə hücuma keçiblər. Meydanda belə məlumatlar yayılıb ki, Ukrayna Evində hökumət xüsusi təyinatlı dəstələr yerləşdirib və onlar Qruşevsk barrikadalarını dağıtmaq üçün “arxa cəbhədən” hücuma keçəcəklər. Buna görə də etirazçılar Ukrayna Evini tutmağa qərar veriblər.

kiewUkrayna prezidenti Viktor Yanukoviç yanvarın 25-də müxalifət liderləri ilə görüşdə «Batkivşina» fraksiyasının lideri Arseniy Yatsenyuka baş nazir, «UDAR» partiyasının sədri Vitali Kliçkoya baş nazirin müavini postunu təklif edib. Bunu Ukrayna prezidentinin mətbuat xidməti görüşün nəticələrinə dair yaydığı məlumatda bildirib. Təklif olunub ki, Yatsenyuk baş nazir postunu tutmağa razılıq versə, hökumətin istefasına qərar veriləcək. Baş nazirin humanitar məsələlər üzrə müavini postu isə Kliçkoya təklif edilib.

Görüşün nəticələri və Yanukoviçin təklifi barədə müxalifət liderləri Maydanda mitinqçilər qarşısında danışıblar.

Kliçko deyib ki, Yanukoviç müxalifətin bir çox tələbini qəbul edir. Onun sözlərinə görə, prezident həbs olunan fəalları azad etməyə və hökuməti istefaya göndərməyə müəyyən şərtlərlə hazırdır. “Bizim mövqeyimiz qətidir – 16 yanvar qanunları ləğv edilsin və elə bu il prezident seçkisi keçirilsin”, – deyə Kliçko bəyan edib.
Kliçko ona baş nazirin müavini vəzifəsinin təklif olunması barədə danışmayıb.

Tyaqnibok isə bildirib ki, 25 yanvar görüşündə hakimiyyətin güzəştə hazır olduğunu hiss ediblər. “Onlar 16 yanvar qanunlarının ləğvi barədə danışmağa hazır deyillər, biz buna nail olmalıyıq”, – deəy o əlavə edib. Tyaqnibok çıxışını “Hamı Maydana!” şüarı ilə bitirib.

Yatsenyuk da mitinqlər zamanı saxlanılanların sərbəst buraxılacağını deyib: “Yanukoviç bu təklifi qəbul etdi”. O, vurğulayıb ki, 16 yanvar qanunları Ali Radanın 28 yanvar sessiyasında ləğv olunmalıdır.
Yatsenyuk həmçinin, Yanukoviçin ona baş nazir postunu təklif etməsinə də münasibət bildirib: “Mən məsuliyyəti öz üzərimə götürməyə hazıram. Biz ölkəmiz üçün məsuliyyət daşımaqdan qorxmuruq”.

“Unian” agentliyinin yaydığı məlumata görə isə deputat Yuriy Steç özünün facebook səhifəsində müxalifətin bu təklifdən imtina etdiyini yazıb.  “Müxalifət Viktor Yanukoviçin təklifini qəbul etmədi”, deyə o qeyd edib.

play

~ tərəfindən Patriot 26/01/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma