İLHAM ƏLİYEV AVROPAYA YOX DEDİ

ilham eliyev -davos

Davos İqtisadi Forumunda iştirak edən ölkə başçısı İlham Əliyev Avropa İttifaqı ilə Assosiasiya Sazişini imzalamaq fikrində olmadığını bildirdib.

Bu barədə “RİA- Novosti” agentliyi məlumat yayıb. Məlumata görə, İlham Əliyev deyib ki, Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər Assosiasiya Sazişindən də yüksək əməkdaşlıq forması tələb edir.

“Bizim üçün Assosiasiya sözü tam qəbul edilən deyil”, – deyə Əliyev qeyd edib. Bunula yanaşı, o, Avropa Birliyi ilə strateji əməkdaşlıq variantının müzakirə oluna biləcəyini deyib.
Məlumat üçün bildirək ki, Avropa İttifaqı Azərbaycana Assosiasiya Sazişi təklif etdiyi halda, Azərbaycan hökuməti “Strateji əməkdaşlıq” variantının tətbiqində israrlıdır. Bu, onunla bağlıdır ki, Assosiasiya Sazişinin imzalanacağı təqdirdə Azərbaycanda  geniş və dərin miqyaslı demokratik islahatlar aparılmalıdır. Azərbaycan hökumətinin təklif etdiyi “Strateji əməkdaşlıq” müqaviləsində isə islahatlarla bağlı heç bir ciddi öhdəlik yoxdur.
Xatırlatmaq yerinə düşər ki, dekabrın əvvəllərində Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Lidinqton Azərbaycan hökumətinə Assosiasiya Sazişi imzalamaqla bağlı çağırış etmişdi. İlham Əliyev isə bu bəyanatı ilə Assosiasiya Sazişi ilə bağlı danışıqlar aparmaq niyyətində olmadığını nümayiş etdirdi.

~ tərəfindən Patriot 24/01/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma