KRİSTOFER ŞTRASSER OMBUDSMAN OLUR

Kristofer Strasser

Azərbaycan hakimiyyətinin qənimi Almaniyada ombudsman olur

AŞ PA-nın Azərbaycanda siyasi məhbuslar üzrə keçmiş məruzəçisi Ştrasser öz ölkəsində insan haqları üzrə müvəkkil təyin edilir

AŞ PA-nın Azərbaycanda siyasi məhbuslar üzrə keçmiş məruzəçisi Kristofer Ştrasser Almaniyanın insan haqları üzrə müvəkkili (ombudsman) olur.

Bu barədə alman mətbuatına istinadən məlumatda bildirilir ki, Sosial-Demokratlar Partiyasından (SDP) olan 64 yaşlı deputat ölkəsinin yeni ombudsmanı olacaq və bu postda Markus Löninqi əvəzləyəcək. Onun namizədliyi keçmiş xarici işlər naziri Frank-Valter Ştaynmayer tərəfindən təqdim olunub.

K.Ştrasser 2005-ci ildən etibarən SDP-nin parlament fraksiyasının insan haqları və humanitar yardım qrupunun sədridir. Həmçinin Almaniyanın AŞ PA-dakı nümayəndə heyətinin üzvüdür. K.Ştrasser həmçinin Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi olub. Lakin o, mandatı ərzində Azərbaycana səfər edə və monitorinq apara bilməyib.

K.Ştrasser insan haqları müdafiəçilərinin ona göndərdiyi hesabatlar əsasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzə və qətnamə layihəsi hazırlayaraq ötən ilin yanvarında AŞ PA sessiyasına təqdim etmişdi. Lakin bu məruzə və qətnamə qəbul edilmədi. K.Ştrasser isə missiyasının uğursuz başa çatmasından sonra məruzəçi vəzifəsindən istefa verdi.

K.Ştrasser Almaniya Bundestaqının ən nüfuzlu və təcrübəli üzvlərindən biridir. O, siyasi məhbuslar üzrə məruzəçi olarkən Azərbaycana dair tənqidi çıxışlar edib. Almaniyanın indiki ombudsmanı Markus Löninq isə 2012-ci ilin yazında Bakıda keçirilən “Eusovision” müsabiqəsi ərəfəsində Azərbaycan hökumətini insan haqlarına görə sərt tənqid edənlərdən biri idi.

~ tərəfindən Patriot 21/01/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma