KİYEVDƏ QANLI TOQQUŞMALAR BAŞLADI (CANLI YAYIN)

ukrayna_maydan

Kliçko növbədənkənar prezident seçkiləri elan etdi

V.Kliçko çıxışında müxalifətin yeni qərarını açıqlayıb. O deyib ki, müxalifət Ukraynada növbədənkənar prezident seçkiləri marafonunun başlandığını elan edir.

V.Kliçko onu da əlavə edib ki, seçkilərin şəffaf və ədalətli keçməyini təmin etmək üçün Mərkəzi Seçki Komissiyasının tərkibini yeniləmək lazımdır. O, həmçinin hərbçilərə müraciət edərək onları etirazçı xalqın tərəfinə keçməyə çağırıb.

“Svoboda”nın sədri Oleq Tyaqnibok isə xalq hakimiyyəti orqanlarını kiyev ukraynaformalaşdırılması prosesinə başlamağı təklif edib. Siyasətçi bu orqanların legitimliyinə nail olmaq üçün milyonlarla Ukrayna vətəndaşının imzasını toplamağa çağırıb.

Qeyd edək ki, bu gün Müstəqillik meydanında Xalq Veçesi keçirilir. Yığıncaq iştirakçıları hazırkı hakimiyyətin siyasətinə etirazlarını bildirirlər. Ukrayna mətbuatının yaydığı xəbərlərə görə, aksiyada 100 min nəfərdən 500 min nəfərə qədər adam iştirak edir.

Hər iki tərəf bir-birinə gözyaşardıcı qaz qumbaraları atıb. Ərazi bu tüstü dumanına bürünüb. Kiyevdə  Nazirlər Kabinetinə və Ali Radaya yaxın olan “Dinamo” stadionunun yaxınlığında bir saata yaxındır ki, toqquşmalar davam edir.

10 minə yaxın nümayişçi xüsusi təyinatlıların müdafiəsini yarmaq istəyir. Naməlum şəxslər tüstü şaşkaları atırlar. Onların arasında ələrində dəyənək olan dəbilqəli və maskalı insanlar çoxdur.

Əgər polisin həyatına təhlükə yaransa, DİN-də silah tətbiqini istisna etmirlər. Bu haqda “Azadlıq” radiosunun müxbiri xəbər verir. UDAR parlament fraksiyasının lideri Vitali Klichko etirazçılar sakitləşdirrməyə, təxribatlara yol verrməməyə çağırır.

Qeyd edək ki, Kiyevdəki Müstəqillik meydanında keçirilən aksiyada müxalifət liderləri yaxın vaxtlar üçün Fəaliyyət Planını elan edib.

Plana görə,  Xalq Radasının (Ali Radaya alternativ) yaradılması nəzərdə tutulur. Daha sonra Xalq hökuməti yaradılacaq ki, bu da Ukraynanı Avropa Birliyinə aparacaq. Bundan başqa, plan Ukraynanın yeni Konstitusiyasının qəbulunu  və indiki dövlət başçısı Viktor Yanukovichə inamsızlıq göstərməyi nəzərdə tutur.

Müxalifət yanvarın 16-də Ali Radada qəbul olunan vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdırmağa yönəlmiş qanunlar paketini “hakimiyyətin qəsbi” adlandırıb.

Yeni qanuna görə, yüksək məbləğdə cərimə nəzərdə tutulmasına baxmayaraq, bu günkü mitinqə 100 mindən çox adam iştirak edib. Onların çox dəbilqələrdə və maskada olublar.

Mitinqdən sonra Avromeydan iştirakçıları yeni qanuna etiraz olaraq piket keçirmək üçün Ali Padanın binasına doğru yürüş ediblər. Yanvarın 17-də Ukrayna prezidenti Viktor Yanukovich hökumət əleyhinə etirazların keçirilməsi qaydalarını sərtləşdirən qanun imzalayıb.

ABŞ və Avropa Birliyi ölkələri qanunu anti-demokratik adlandırıb.

euromaydan

~ tərəfindən Patriot 19/01/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma