NATİQ GÜLƏHMƏDOĞLU: “RAUF ARİFOĞLU ÖZÜNLƏ BAŞ – BAŞA QAL…”

natiq gulehmedoglu-rauf arifoglu

Yolun açıq olsun, Rauf Arifoğlu, get, gedə bildiyin yerə qədər…

Əli Kərimliyə çamur atanların qələmini xalq qırır

Saxtakar, mənəviyyatsız, yalançı Rauf Arifoğlu hökumətin tapşırığı ilə Əli Kərimliyə qarşı gecə-gündüz yalan, böhtan və şər istehsal edir.
İlham Əliyev Əli Kərimlini nə əyə, nə də susdura bildiyindən bütün resursalrını, alət və vasitələrini ona qarşı səfərbər edib. Əli Kərimli maneəsini aşmaq üçün hər şeyə gedirlər. İndi də Rauf Arifoğlunu və bir çox başqa müsavtçıları Əli Kərimliyə qarşı kampaniyaya cəlb edən də hökumətdir.
eli- kerimliMənim tanıdığım Əli Kərimli Rauf Arifoğlunun üyüdüb, tökdüyü yalanlarla məşğul olmayacaq. İndiyə qədər də belə olub. Əli Kərimlinin “Səs”in, “Yeni Azərbaycan”ın, “Lider TV”nin, “AzTV”nin, Siyavuşun, Qüdrətin və bu qəbildən olanların yalan və böhtanlarını ciddiyə aldığını, onlarla polemika apardığını görən olubmu? Rauf və “Yeni Müsavat” da artıq o qəbildəndir. Sizlər artıq ciddiyə alınacaq biri deyilsiniz. İstəsəm, yazdığınız və yazdırdığınız hər cümləni təkzib edərəm. Amma niyə vaxt itirim ki? Xalq onsuz da sizi artıq tanıyır.
Əli Kərimliyə qarşı bu qədər yalan, böhtan bilirsiz, niyə işləmir, ona yapışmır? Çünki xalqın çox böyük bir qismi uzun illərdir, bəzən maraqla, bəzən həyacanla, təşvişlə Əli Kərimlinin rejimlə, İlham Əliyevlə apardığı mərd, qətiyyətli mübarizəni izləyir, onun bu yolda verdiyi qurbanları sayır, yaşadığı məhrumiyyətləri qeydə alır. Buna görə də hökumətin tapşırığı ilə ona çamur atanların qələmini xalq özü qırır. Uzağa getmək lazım deyil. Qüdrət, Fərəc, Fazil xalq arasında əvvəldən belə hörmətsiz deyildilər ki. Hafiz də anadangəlmə bu gündə olmayıb. Əli Kərimlinin və digər haqq yolçularının üstünə böhtan və şərlə gəldiklərindən müdrik xalqımız onların üstündən qalın xətt çəkib. İndi də Rauf Arifoğlu bu yola çıxıb.
Bu yolun onu hara apardığını bildiyimdən, deyirəm ki, yolun açıq olsun. İstəyərsən, Siyavuş, Qüdrət, Niyaməddin, AzTV mərhələsində ilişib qalarsan, istəyərsən, bir az da irəliləyb Lider TV, Hafiz mərhələsinə keçərsən. Bu, sənin seçimindir. Amma yel qayadan bir şey aparmaz. Heydər Əliyevin, İlham Əliyevin təşkil etdiyi repressiya, təzyiq, böhtan və şantajlar qarşısında illərlə şux qamətlə dimdik dayanmış mübariz insan muzdla, buyruqla şər atanlarımı ciddiyə alacaq? Heç mən də səni ciddiyə almayacam. Sən artıq bitmisən. Əmin ol ki, xalq da səni ciddiyə almayacaq. Özünlə baş-başa qal…

~ tərəfindən Patriot 14/01/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma