CƏMİL HƏSƏNLİ: “MİLLİ ŞURA ƏSAS BİRLİK MODELİ OLACAQ” (VIDEO)

cemil hesenli

Milli Şuraya qarşı olanlara sərt bəyanat

“Hamı Milli Şuranın qorunub saxlanması, daha da inkişaf etdirilməsi, daha da gücləndirilməsi, Azərbaycan müxalifətinin əsas birlik modelinə çevirilməsi istiqamətində davam etdirilməsində tərəfdardır”

Milli Şura sədri Cəmil Həsənli dünən keçirdiyi görüşlərlə bağlı məlumat verib. Onun sözlərinə görə, quruma daxil olan partiya və hərəkatlar, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdə qurumun qorunmasının, fəaliyyətinin daha da genişləndirilməsinin, strukturlaşmasının vacibliyi vurğulanıb. Bütün bu məsələlər isə Milli Şuranın qarşıda keçiriləcək sessiyasında müzakirə olunacaq.
“Bu gün mən Milli Şuraya daxil olan partiya və hərəkatların rəhbərləriylə görüşlər keçirdim, telefon danışıqlarımız oldu. Vətəndaş cəmiyyəti hərəkatından olan Milli Şura nümayəndələri ilə də görüşlərimiz oldu. Əsas müzakirələr Milli Şuranın taleyi, onun sonrakı fəaliyyəti ilə bağlı oldu və yaranmış stuasiya, ondan çıxış yolları müzakirə olundu. Hər halda indiyədək olan müzakirələrin ilkin nəticəsi olaraq deyərdim ki, hamı Milli Şuranın qorunub saxlanması, daha da inkişaf etdirilməsi, daha da gücləndirilməsi, Azərbaycan müxalifətinin əsas birlik modelinə çevirilməsi istiqamətində davam etdirilməsində tərədardılar. Qərarlıdılar ki, Milli Şuranın strukturlaşması məsələsi başa çatdırılsın. Milli Şuranın qarşıdakı sessiyasında onun fəaliyyət proqramı, təşkilat mexanizmi, bütövlükdə iş prinsipləri müəyyənləşdirilsin və fəaliyyət davam etdirilsin. Bütün bu məsələlər Milli Şuranın növbəti sessiyasında daha geniş müzakirə olunacaq və təşkilatlarının formalaşması istiqamətində ciddi addımlar gözlənilir. Sessiya hansı istiqamətdə qərar versə, o istiqamətdə getməyə davam edəcəyik”- deyə Milli Şura sədri bildirib.

~ tərəfindən Patriot 09/01/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma