MÜSAVAT PARTİYASINDAN İLK İSTEFALAR BAŞLADI

musavat logo

“Bütün Şəki müsavatçıları Milli Şuraya xalqın son ümid yeri kimi baxır”

20 ilin müsavatçısı partiyadan istefa verdi

Müsavat Partiyası Milli Şuradan ayrılmaq qərarı verdikdən sonra partiyadan istefalar başlayıb.

Moderator.az-a açıqlama verən  partiyanın Şəki rayon təşkilatının üzvü Elşad Məmmədli bu gün partiyadan istefa verərək AXCP-yə keçdiyini bildirib: “Mən 1988-ci ildən xalq hərəkatının fəal iştirakçısı olmuşam, könüllü olaraq Qarabağ döyüşlərində iştirak etmişəm. Mən hər zaman haqlının yanında olmuşam bundan sonra da belə olacam.”

E.Məmmədli Müsavatdan istefa verməsinə səbəb kimi partiyanın Milli Şuradan ayrılmasını göstərdi: “Mən də bütün Şəki müsavatçıları da Milli Şuraya xalqın son ümid yeri kimi baxırıq. 20 il üzv olduğum Müsavat Partiyasının bu qurumdan ayrılmasına çox təəssüfləndim. Mən bu gün Müsavat Partiyasından istefa verdim və AXCP-yə üzv olmaq üçün bu partiyaya müraciət ünvanladım”

Müsavatın Milli Şuradan çıxmaq qərarına etiraz olaraq daha bir partiya fəalı Azər Telmanoğlu onun sıralarından istefa verib. Bu barədə o, facebook səhifəsində açıqlama yayıb.

“Məni tanıyanlar bilir ki, 10 ildir Müsavat Partiyasının üzvüyəm, özü də aktiv üzvü. Yetərincə mübarizə aparmışam, bundan heç peşiman deyiləm və apardığım mübarizəyə görə qürur duyuram. Müsavat Partiyasının Milli Şuranı tərk etməsinə etiraz olaraq Müsavat Partiyasının sıralarını tərk edirəm. Bundan sonra heç bir partiyaya üzv olmaq fikrim yoxdur. Yəqin ki, dostlar mənim bu qərarımı anlayışla qarşılayacaqlar. Müsavat Partiyasına uğur arzulayıram”, – deyə açıqlamada bildirilir.

~ tərəfindən Patriot 08/01/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma