“BİZ AVROPA BİRLİYİNDƏ OLACAĞIQ. YA SİZİNLƏ, YA DA SİZSİZ”

kiyev - maydan

Yeni ilin ilk günü Maydana yarım milyon insan yığıldı

“Biz Avropa Birliyində olacağıq. Ya sizinlə, ya da sizsiz”. Ukrayna vətəndaş fəallarının prezident Viktor Yanukoviçə ünvanladığı Yeni İl müracitində belə deyilir. Kollektiv müraciəti müxtəlif regionları, sosial təbəqələri təmsil edən vətəndaşlar imzalayıb.
Yanvarın 1-də Kiyevdəki Müstəqillik meydanında çıxış edən UDAR partiyasının lideri Vitali Kliçko 2014-cü ildə hakimiyyətin dəyişəcəyinə ümid etdiyini bildirib. Kliçko müxalifəti prezident seçkilərində vahid namizəd irəli sürməyə çağırıb.
Yerli media bugünkü tədbirdə yarım milyona yaxın adamın iştirak etdiyini bildirib. Onlar 2014-ci ilin gəlişini dövlət himninin ifası ilə qarşılayıb.
Ukraynada Avropa Birliyi tərəfdarlarının etirazları davam edir.
Avropa Birliyi ilə assosiasiya haqqında saziş imzalamaqdan imtina edən Ukrayna hökuməti  isə Rusiyanın böyük maliyyə yardımına ümid edir.
Yanvarın 1-dən Ukrayna üçün Rusiya qazının qiyməti üç dəfə azaldılıb. Bugündən Ukrayna bir illiyinə MDB-də sədr postunu da tutub

 

~ tərəfindən Patriot 02/01/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma