QARABAĞ QAZİSİ ZAUR HƏSƏNOV DƏFN EDİLDİ (FOTO – VİDEO)

qazi defn edildi

Qazinin dayısının ürəyi partladı yas yasa qarışdı. Dəfn mərasimində mitinqə çağırış və etiraz səsləri ucalıb

İntihara vadar edilən qazi Zaur Həsənovun Hüseyn Hüseynov adlı dayısı da fəvat edib. Hüseyn Hüseynov bu gecə yas yerində dünyasını dəyişib. Məlumatlara görə, ürəyində ağrılar var imiş. Onun ürəyi bacısı oğıunun faciəsinə tab gətirməyib. Bu barədə azadliq.info-ya qazinin dəfn mərasimində iştirak edən əməkdaşımız məlumat verib.

Dəfn mərasimində iştirakçılardan biri Fəvvarələr Meydanına mitinq təyin edildiyini deyib və hamını ora çağırıb. Qarabağ qazilərindən Rey Kərimoğlu buna etiraz edib və sakitliyə səsləyib.

Üzləşdiyi haqsızlıqlara görə özünü yandıran və dekabrın 28-də dünyasını dəyişən Qarbağ qazisi Zaur Həsənov bu dəqiqələrdə Bibiheybət məzarlığında dəfn olunub.
Mərhumun yas mərasimi Lökbatan qəsəbəsində, ata evinin həyətiondə təşkil olunub. Səhər saatlarından həyətdə mağarlar qurulub, ölkə ictimaiyyəti, Qarabağ qaziləri və mərhumun yaxınları mərasimə toplaşıb.
Vida mərasiminə gələn qazilərdən birinin vəziyyəti qəfil pisləşib. Yerə yıxılan qaziyə yoldaşları müdaxilə edib, təcili yardım çağrılıb.
Vida mərasimi ilə bağlı Qaradağ rayonu sakinləri mənzillərinin eyvanına Azərbaycan bayrağı asıblar.

Zaur Həsənovun cənazəsi Lökbatan qəsəbəsində yerləşən evindən qaldırılıb və dəfn olunmaq üçün Bibiheybət qəbiristanlığına aparılıb. İzdiham “Qazilər ölməz, vətən bölünməz”, “Qazilərimizi yandırma”, “Qatillər zindana” şüarları səsləndirib.

zaur hesenov defn

Allah rəhmət eləsin…

~ tərəfindən Patriot 30/12/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: