“MİLLİ HƏMRƏYLİYİ HƏR VƏTƏNDAŞIN AZADLIĞINDA GÖRÜRÜK!”

cemil hesenli

Milli Şura sədri Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik yox, müraciət yaydı

Milli Şuranın sədri Cəmil Həsənli qarşıdan gələn bayramlarla bağlı xalqa müraciət edib. Müraciətdə deyilir:

“Əziz həmvətənlər! Sevgili xalqım!

Qarabağ döyüşçüsünün üzləşdiyi haqsızlıqlara etiraz edərək özünü yandırdığı və həyatını itirdiyi günlərdə mən Sizləri qarşıdan gələn bayramlar münasibəti ilə təbrik etməyə çətinlik çəkirəm. Bizim xalqımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü bu ovqatda qeyd etməli deyil. Sizlər dərin ictimai və milli məna daşıyan həmrəylik bayramını bundan qat-qat yaxşı ovqatda, tamam başqa ictimai şərtlər içində qarşılamağa layiqsiniz.

Gerçək və sarsılmaz həmrəylik ədalətin, haqların, azadlıqların hakim olduğu bir ölkədə mövcud ola bilər. Belə ölkədə xalq da bütöv olur, torpaqlar da. Belə olduqda milli problemlər də həll edilir, fərdi problemlər də! Qarabağı da qaytarmaq mümkünləşir, parçalanmış Vətən də bütövləşir. Təəssüf ki, həmrəyliyi daha güclü zəmində qurmağa mane olan çoxlu ictimai və siyasi səbəblər var. Ölkə sərvətləri talanır, insanlar haqsız olaraq türmələrə atılır, haqsızlığa tab gətirməyənlər intihar edir, iqtisadiyyatımız inkişafdan qalır, təhsilimiz və səhiyyəmiz tənəzzülə uğrayır.

Bu səbəblər vətəndaşlara hətta şəxsi həyatını normal qurmağa imkan vermir, o ki qala böyük amal və hədəflərə yetəcək güclü topluma çevrilmək. Sizlər elə bir zəngin ölkənin vətəndaşlarısınız ki, qayğısız və böyük arzularla milli bayramı qeyd etməlisiniz. Fəqət çoxunuz adi bayram süfrəsini çətinliklə açacaq qədər ehtiyac içindəsiniz. Amma sizlər aclığa belə asanlıqla tab gətirərdiniz, ədalət və azadlıqlara ehtiyac sizi boğmasaydı. Haqsızlıq, bərabərsizlik, özbaşınalıq qəlbinizi paçalamasaydı. Bilin ki, korrupsiya və özbaşınalıqlar, əngəl və haqsızlıqlar olmasaydı, demokratik bir cəmiyyət qursaydıq, sizlər böyük uğurlara imza ata bilərsiniz. Bu halda xalqımız böyük nailiyyətlər qazana bilər. Buna kimsənin şübhəsi olmasın. Mən öz xalqımı tanıyıram, onun bacarığına, istedadına və zəhmətkeşliyə əminəm, onunla fəxr edirəm.

Mən hər birinizi rifah içində, övladlarınızın taleyindən narahat olmayan həmvətənlər kimi görmək istəyirəm. Hər birinizin güvənli, sosial sığortalı bir cəmiyyətdə yaşamağınızı arzu edirəm. Ölkəmizin və xalqımızın sabahı ilə bağlı xoş arzularınızla həmrəyəm. İnanın ki, Milli Şura və bizlər bu arzular üçün çalışırıq. Biz sizin hüquqların toxunulmaz olduğunu milli hədəf kimi qəbul edirik. Biz milli həmrəyliyi hər vətəndaşın azadlığında görürük!

Ən gözəl günlər arzusu ilə,
Professor Cəmil Həsənli, Milli Şura sədri”.

~ tərəfindən Patriot 30/12/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma