“BU, DOQQUZ İL SƏNİN HƏR EHTİYACINI ÖDƏYƏN ŞƏXSİN EHSANIDIR”

elcibey 1992

Əbülfəz Elçibəyin sürücüsü olmuş Xəlil Qəninin xatirələrindən

Təxminən 1991-ci ilin söhbətidir. Qış idi. Axşam Bəyi evə aparırdım. Yolda bir nəfər əl qaldırdı. Bəy maşını saxlatdı. Həmin adam öz ünvanına aparmağımızı xahiş etdi. Bəy onun kor olduğunu görüb “otur” dedi. Mən, doğrusu, Bəyə təklif etdim ki, bu adamı taksi ilə göndərim, ancaq o razılaşmadı. Yolda sərnişinimiz ona indiyədək arxa durmuş bir nəfərin vəfatından, kimsəsiz, arxasız, köməksiz qalmasından danışır, ağlayırdı. Onda güzgüdən Bəyin gözlərinə baxdım. Yalnız kədər, düşüncə, fikir… Deyilən ünvana gəldik. Bəy işarə etdi ki, qolundan tutub evə apar və qapını tanı. Elə də etdim. Qayıtdım, yola düşdük. Bəy dedi: “Xəlil, mən nə qədər sağam, ona kömək edəcəyəm. Bir gün mən bu dünyada olmayanda sən ona baş çəkməsən, heç kişi oğlu deyilsən. Ancaq gərək o bilməsin ki, bunu kim edir”.

Həmin adama müxtəlif cür yardım Bəy xəstələnənə kimi davam etdi. Xəstəlik başlayanda isə narahatlıq, üzüntü məni o adamdan uzaq saldı. Bəyin dəfnindən sonra imkan tapıb ona baş çəkdim. Lazım olan azuqəni və… ehsan aşını da apardım. Xeyir işlərdə olanda toy aşından da ona həmişə pay düzəltdirib aparırdım. Təbii ki, toyda bişən aşla ehsan aşı fərqlənir, ona görə bir-iki qaşıq alandan sonra dayandı və soruşdu: “Oğul, bu kimin aşıdır?” Ağlamaq məni tutdu. Tez eyvana çıxdım, guya siqaret çəkirdim. Nə baş verdiyini ondan gizlətmək istədim. O, dönə-dönə “oğul, bura gəl, cavab ver görüm” deyə inad göstərdi. İsrarını və həyəcanını görüb, daha ona əzab verməmək üçün göz yaşları içində “bu, doqquz il sənin hər ehtiyacını ödəyən şəxsin ehsanıdır” söylədim.

~ tərəfindən Patriot 30/12/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma