ÖZÜNÜ YANDIRAN QAZİ DÜNYASINI DƏYİŞDİ (VİDEO)

qazi-vefat

Onun başsız qalan ailəsinə, 5 körpə balasına kim və necə cavab verəcək?

Zaur Həsənovun nəşi yuyulduqdan sonra Lökbatana atası evinə aparılıb. Jurnalistlər, Qarabağ qaziləri və ictimai fəallar da Lökbatan qəsəbəsinə gediblər.qazi zaur hesenov

28.12.2013 – 23:45

“Azadlıq”ın əməkdaşının verdiyi məlumata görə, artıq Qarabağ qaziləri Göy Məscidin qarşısına toplaşıblar. İctimai fəallar da məscidin önünə gəlməkdədirlər. Məscidin qarşısına polislər cəlb olunub.

Qarabağ qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov bildirib ki, Zaur Həsənovun nəşi yaşadığı Lokbatan qəsəbəsinə aparılır. Sabah saat 14.30-da Zaur Həsənov Bibi Heybətdə dəfn olunacaq.

Vəkil Aslan İsmayılov bildirib ki, konkret cinəyət hadisəsi baş verib və bu hadisədə təqsiri olanların cəzalandırılması tələb olunmalıdır.

Qeyd edək ki, Həmkarlar İttifaqının sədri, deputat Səttar Mehbalıyevin onun əmlakını əlindən alınmasına etiraz olaraq özünü yandıran Zaur Həsənov süni nəfəs aparatına qoşulmuşdu. Bir neçə dəqiqə bundan öncə 5 saylı xəstəxanada dünyasını dəyişib. Hazırda mərhum cənazəsi Göy məsçidə aparılıb.

Z.Həsənovun ölüm xəbəri yayılandan sonra xəstəxanaya gedən jurnalistlərə bir müddət bu barədə məlumat verilməyib. Təxminən bir saat ölüm faktı açıqlanmayıb, hətta Səhiyyə Nazirliyi məlumatı təkzib edib.

 

Allah rəhmət eləsin!

~ tərəfindən Patriot 29/12/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma