SMDT RƏHBƏRİ HƏBS EDİLDİ (VIDEO)

anar

Anar Məmmədlinin vəkiindən sensasion açıqlama

Rəşid Hacılı: “Anarı seçkilərin nəticələrinin saxtalaşdırmaqda ittiham edirlər”

SMDT rəhbərinin həbsinə beynəlxalq təşkilatlardan reaksiyalar gəldi; məsələ prezidentlə müzakirə olundu

anar memmedli hebs edildiBu gün RATİ-nin ofisində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin(SMDT) rəhbəri Anar Məmmədlinin 3 aylıq həbs olunması geniş müzakirə olundu, Hüquqlarını Müdafiə Komitəsinin formalaşdırılması qərara alındı. SMDT koordinatoru Samir Kazımlı və Rövşən Hacıbəyli çıxış edərək həbsə qədərki durum haqda məlumat verdilər. Bildirdilər ki, A.Məmmədli və SMDT-nin digər iki əməkdaşı Bəşir Süleymanlı, Elnur Məmmədovu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə dəfələrlə çağırılaraq sorğu-sual olunublar. Buna görə də hər dəfə idarəyə çağırılanda ora vəkillə getməyiblər.

S.Kazımlı bildirdi ki, A.Məmmədli dövlət tərəfindən ayrılan vəkil Şöhrət Allahmanovdan imtina edib. A.Məmmədliyə artıq iki vəkil tutulub: bunlar Rəşid Hacılı və Elçin Sadıqovdur.

Hüquq müdafiəçisi Hafiz Həsənov çıxış edərək bildirib ki, A.Məmmədliyə qarşı istintaqın ilk günündən Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham irəli sürülüb. Lakin mətbuatda səhvən yalnız bir maddə ilə ittiham irəli sürülməsi xəbəri yayılıb. Bu maddələr qanunsuz sahibkarlıq(192.2.2), vergidən yayınma (213.1), və vəzifə səlahiyyətlərini aşmadır(308.2).

Hüquq müdafiəçisi SMDT sədrinin həbsinin fəaliyyəti ilə əlaqəli olduğunu dedi: “Anar Məmmədlinin həbsi məhz seçkilərdə apardığı monitorinqlərlə bağlıdır. Tam məsuliyyətlə deyirəm ki, son vaxtlar Azərbaycan hüquq praktikasında analogiya tətbiq olunmur. Sanki cinayəti gətirib uyğunlaşdırılar, konkret əməllə yox, ona oxşadırlar və ittiham irəli sürürlər. Baş verənlər seçkilər sahəsində monitorinq aparıb müşahidələri təhrif olunmadan təqdim edən bütün QHT-lərə xəbərdarlıqdır. Yəni hamıya ümumi xəbərdarlıqdır ki, seçkilərlə məşğul olmayın”.

Jurnalist Xədicə İsmayılova isə bildirib ki, SMDT rəhbərlərinin hər üçündən iltizam alınıb: “Lakin mən öz kanallarımla bu məlumatı əldə etmişəm ki, Anargillə onun Varşavadakı seçki müşahidələrini koordinasiyası, təşkilatındakı iştirakına dair fəaliyyətinə, Anarın burada skaypla etdiyi çıxışın motivlərini soruşublar. Anar sırf seçki mövqeyinə görə həbs edilib”.Vəkil Aslan İsmayılov çıxış edərək A.Məmmədli ilə bağlı xüsusi mitinq keçirilməsini təklif edib. Bildirib ki, Avropa və ABŞ-a, beynəlxalq təşkilatlara daha çox Azərbaycanın nefti, qazı və qara kürüsü lazımdır. İnsan haqları, demokratiya, azadlıq məsələləri sadaladığı dövlət və təşkilatları sırada ən axırıncı yerdə maraqlandırır.  AXCP sədri Əli Kərimli isə çıxışında bildirib ki, A.Məmmədlidən seçkilərdə dürüst müşahidə apardığına görə qisas alırlar: “Azərbaycan vətəndaş cəmiyyətinə mesaj verirlər ki, siz nə qədər intellektual, dinc mübarizə tərəfdarı olsaz da, niyyətiniz bu ölkədə dəyişiklikdirsə, bu avtoritar rejimin günlərin birində demokratiya ilə əvəzlənməsidirsə, deməli siz hamınız bu rejim üçün təhlükəsiz. Bu niyyətdə olan hər kəs artıq hakimiyyətin qara siyahısındadır. Çünki Anar Məmmədli ən korrekt, qanunlara hörmət edən yüksək mədəniyyət nümayiş etdirən vətəndaş cəmiyyəti fəalıdır. Bu həbsdə beynəlxalq təşkilatlara da mesaj var. Hələ də bir sıra beynəlxalq təşkilatlar ümid edirlər ki, bu avtoritar rejimin bir çox qanunsuz əməllərini, cinayətlərini görməməzliyə vurmaqla güya bu rejimi addım-addım demokratiyaya söv edə biləcəklər. Bu bir illizuyadır. Anar Məmmədlinin həbsi bunun bariz nümunəsidir”.Ə.Kərimli insan hüquqlarının müdafiəsi ilə bağlı koordinasiya olunan ofisin yaradılmasını təklif etdi: “Bizə qarşı savaş açıblar, amma biz bu savaşda hərəmiz öz başımızı qorumaq haqda düşünürük. Anar Məmmədli də belə bir ciddi qurumun ayardılmasına şad olar”.Milli Şura sədri Cəmil Həsənli dedi ki, bu hakimiyyət qaldıqca həbslər davam edəcək: “Artıq Azərbaycan hakimiyyəti üçün təhlükəsizlik anlayışı müxalifəti və ölkənin vətəndaş cəmiyyətin əzilməsindən keçir. Artıq ölkənin əksər bölgələrində siyasi məhbuslarla bağlı məhkəmələr gedir. Bunlara məhkəmə də demək olmur. Hakimiyyət 9 oktyabr seçkisinin nəticələrini mənimsəyib. Bunu üzə çıxaranları da həbs etməyə başlayıb.

Bu, sonuncu həbs olmayacaq, həbslər davam edəcək. Bu, ilin əvvəlindən başlayan zəncirvari həbslərin davamıdır. Həbslər davam edəcək. Bu gün Anarı müdafiə etmək hər bir vicdanlı adamın borcudur”.Tədbirdə bir çox təkliflər səsləndirilib. Müsavat başqanının müavini Gülağa Aslanlı səsləndirilən bütün təkliflərə Müsavat Partiyasının dəstək verməyə hazır olduğunu bəyan edib. Müsavat başqanının köməkçisi Yeganə Hacıyeva Azərbaycan hökümətini qanunsuz həbslərdən çəkindirməyin ən təsirli yolu kimi sanksiyalarının tətbiqi olduğunu deyib: “Azərbaycan höküməti heç olmasa sanksiyaların küləyini öz üzərində hiss etsə, Anar Məmmədli və onun həbsinə bənzər həbsləri dayandıracaq”. Y.Hacıyeva Avropa Birliyinin çağırışlarını xatırladaraq hökümətin həmin çağırışları da qulaqardına vurduğunu söylədi: “Bu mövqe Azərbaycanda sivil qaydaların yerimədiyini və başqa mövqedən çıxış etmə haqda düşünmələri intensivləşdirir”.

A.Məmmədlinin vəkillərindən biri olan R.Hacılı isə bildirib ki, müvəkkili məntiqsiz əsaslarla həbs olunub. Ona 3 maddə ilə ittiham irəli sürülüb. R.Hacılı müvəkkilinin 308.2-ci maddə ilə ittiham olunmasını gülünc adlandırıb: “Anar Məmmədliyə 308.2-ci maddə ilə ittiham veriblər ki, güya o vəzifə səlahiyyətlərindən istifadə etməklə seçkinin və referendumun nəticələrini saxtalaşdırıb”. Vəkilin bu sözləri tədbirə toplaşanların gülüşünə səbəb olub. Vəkil müvəkkilinin bu gün(dekabrın 17-də) Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürüləcəyini bildirib. RATİ sədri Emin Hüseynov, Beynəlxalq Helsinki Vətəndaş Assambleyasının həmsədri Arzu Abdullayeva, Müsavat Partiyası İqtisadiyyat Komissiyasının sədri Qubad İbadoğlu, QHT Zöhrab İsmayıl və başqaları da müxtəlif təkliflər irəli sürüblər.Tədbirdə çıxış edən ABŞ səfirliyinin ictimai əlaqəlar departamentinin rəhbəri səfirin artıq xüsusi bəyanatla çıxış etdiyini vurğulayıb: “ABŞ hökuməti Anarın həbsilə bağlı rəsmi bəyanat verib və bu bəyanat artıq bizim saytımızda yerləşdirilib. Bu narahat doğurucu və təşvişverici vəziyyətdir”.

ABŞ-ın Azərbaycandakı səfirliyinin saytında (http://azeri.azerbaijan.usembassy.gov) səfir Riçard Morninqstar A.Məmmədlinin həbsi ilə bağlı bəyanatı yer alıb.

“Səfir Morninqstarın Anar Məmmədlinin Həbsi ilə əlaqədar Bəyanatı” adlanan mətndə deyilir: “Amerika Birləşmiş Ştatları Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda ittiham edilməsi və sonradan üç ay müddətinə həbs qəti-imkan tədbiri seçilməsindən dərin narahatlıq keçirir. İttihamların təfərruatları hələ də aydın deyil, lakin biz cənab Məmmədlinin həbsinin onun təşkilatının seçkilərin monitorinqi və hesabat verməsi ilə bağlı olub-olmamasını aydınlaşdırmalıyıq. Biz bu məsələni Azərbaycan hökumətinin yüksək rütbəli rəsmiləri ilə görüşlərdə qaldırmışıq və bu mövzuda müzakirələrimizi davam edəcəyik. Biz hüquqi prosesin davam etdiyi bir vaxtda cənab Məmmədlini dərhal azad etməyə çağırırıq. Biz və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi ilə bağlı istintaqı diqqətlə izləməyə davam edəcəyik”.

Tədbirdə çıxış edən Niderlandın ölkəmizdəki səfirliyinin müşaviri Özlem Canel Hollandiyanın bu həbsdən məlumatlı olduğunu bildirib: “Hollandiya bu həbsdən məlumatlıdır və nazirliyimiz bu toplantı barəsində də məlumatlar gözləyirlər. Biz Anarın azadlığı üçün hüquqi addımlar atmağa hazırıq”. Tədbiri yekununda qərara alınıb ki, Anar Məmmədlinin azadlığı üçün xüsusi qrup formalaşdırılsın, bəyanat qəbul edilsin və xarici ölkə səfirliləri, beynəlxalq təşkilatlarla fəal iş aparılsın.Azərbaycanda səfərdə olan Britaniya Xarici İşlər naziri ölkədə insan haqlarının vəziyyətinə dair narahatlıqları Prezident Əliyevlə müzakirə edib, bu barədə jurnalistlərə nazirin özü deyib. William Hague “dünən həbs olunan hüquq müdafiəçisi” barədə də İlham Əliyevlə danışdığını bildirib. Nazir Hague həmçinin insan haqlarına dair “digər xüsusi halları” da prezidentlə müzakirə etdiyini bildirib.

Prezidentin mətbuat katibi Azər Qasımov BBC Azərbaycancaya deyib ki, William Hague və İlham Əliyev arasında siyasi məhbuslar və Anar Məmmədli barədə müzakirə haqda “hər hansı məlumatı” yoxdur və “belə bir informasiya məndə yoxdur”.Böyük Britaniyanın xarici işlər nazirinin Azərbaycana səfəri ərəfəsində qeyri-hökümət təşkilatları onu insan haqları məsələlərini qaldırmağa çağırıblar.

William Hague Azərbaycanda bir sıra enerji sazişinin imzalanmasında iştirak edib, amma Amnesty International və Platform London kimi təşkilatlar onun insan haqları məsələlərini qaldırmasını da tələb ediblər.

“Azərbaycanın insan haqları üzrə tarixçəsi dəhşətlidir”, Amnesty UK-də Siyasət və Hökümət Məsələləri üzrə rəhbər Allan Hogarth deyib, və əlavə edib ki, ölkədə ifadə azadlığına qarşı “xüsusilə aqressiv, sərt tədbirlər görülür”.

“Xarici işlər naziri ora gedəndə onu təmin etməlidir ki, sövdələşmə təkcə qaz və gəlirlər üzərində deyil. William Hague vicdan məhbuslarının azad edilməsinə çağırış etməlidir”, cənab Hogarth deyib.Neft və qazın ictimai, iqtisadi və mühitə təsirləri barədə kampaniya aparan Platform London təşkilatından Emma Hughes isə XİN başçısının səfərinin “daha bir qeyri-demokratik seçkidən” az sonraya təsadüf etdiyini qeyd edib.

“Korrupsiyaya uğramış bu diktatura ilə enerji sövdələşmələri etmək o deməkdir ki, Birləşmiş Krallığın “qaz qətiyyəti” Azərbaycanda demokratiya fəallarının siyasi repressiyasına xeyli töhvə verir”, xanım Hughes belə deyib.

Qeyd edək ki, Anar Məmmədli dekabrın 16-da həbs olunub.

~ tərəfindən Patriot 17/12/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma