ƏLİYEV İŞĞALININ MİLLİ TƏHLÜKƏLƏRİ

eliyevler

Ailə və klan düşüncəsinin yaratdığı siyasi cəngəllik indi onlara və bütün ölkəyə qarşı çevrilib

O, 1993 cü ildə müstəqil Azərbaycanda yeni keçirilmiş seçkilərin qalibinə qarşı çıxdı. Yox, bu  siyasi mübarizə deyildi. Söhbət Heydər Əliyevdən və onun ətrafına toplanmış süni siyasi peyklərdən gedirsə, onda biz hərbi siyasi müxalifətdən danışmalıyıq. Heydər Əliyev  Azərbaycanda nə baş verdiyini bilirdi. Ona görə də yeni cücərmiş azadlıq və müstəqilik hisslərini sıradan çıxarmaq lazım idi. Beş il sonranı gözləmək olmazdı. Çünki, beş il Əbülfəz Elçibəy hökuməti, həll edilmiş Qarabağ problemi, iqtisadi dirçəliş və Qərbə inteqrasiyada ciddi məsafə qət etmək demək olacaqdı. Heydər Əliyev bilirdi ki, xalq yaxşı həyat qazanan kimi onu unudacaq. O, xalqadan dəstək ala bilməyəcəyini bilirdi, amma onu da bilirdi ki, xalqın adından danışmaq lazımdır.

Heç unutmaq mümkün deyil, Xocalı hadisələri yeni baş verdiyi günlərdə belə bir dəstə  adam Heydər Əliyevi arzulayırdı (Hələ Mütəllibov hakimiyyəti idi). Sonradan biz o dəstənin bir çox üzvlərini rəsmi qəbullarda gördük, gerisini  özünüz bilirsiniz, Heydər Əliyevin xalq agenturasının ən zəif adamı Çoban Xanış ölkənin bir hissəsini uzun illər istusmar etdi. Elçibəy hakimiyyətində isə baş verənlər agentura təxribatları idi. Rusiyaya birbaşa və dolayı yolla bağlı olan hərbi dəstələr, Heydər Əliyevin açıq dəstəkçiləri idilər və cari təlimatları ondan alırdılar. Bunun ən bariz sübutu, indi həbsdə olan keçmiş dövlət müşavirlərindən birinin ANS-in efirindən illər sonra “Heydər Əliyevlə Surət Hüseynov arasında xəbərləşməyə kömək edirdim” etirafı idi.

O, döyüşü dayandırdı, döyüşənləri yox elədi

Heydər Əliyevin başçılıq elədiyi qiyamın detalları barədə çox bəhs etmişik, tarixi zərurət yaransa bu mövzuya bir də qayıda bilərik, amma bizim indi demək istəyimiz o qiyamın nəyə hesablanmasıdır. Əliyev siyasi hakimiyyəti ələ keçirdi, və dərhal  cəbhə bölgəsində sürətli geriləmələr başladı. Televizyalardan müharibə diktorları yoxa çıxdılar. Onları yeni qadın ağlaşma dəstələri, vay şüvən səhnələri əvəzlədi. Bütün ölkə məğlub və məzlum görkəmi aldı. Arda arda işğal olunan rayonların sakinləri qum kimi ölkəyə səpələndi və qorxu taun kimi ölkəni bürüdü. İnsanlar sudan qorxan canlılar kimi  titrəməyə başladılar, bütün ölkə psixiliji sarsıntı keçirirdi. Heydər  Əliyev atəşkəsi xalqa elə  bir ağır psixoloji vaxtda təqdim etdi ki, başını itirməkdən qorxan qolunu verib qurtardığına şükr edirdi sanki. Bu, onun ilk qələbəsi idi. O zaman agentura xalq dilinə belə bir söz salmışdı: “O olmasa bizi dənizə tökərdilər”. Əgər AXC hakimiyyəti Qarabağ qələbəsi, rifah və tıhsul islahatları, rüşvətsiz toplum vəd edirdi və müharibədə irəliləyişlər edir, yeni pul vahidi çap edir, test üsulu  yaradır, rüşvətin kökünü kəsirdisə, Heydər Əliyevin tək vədi var idi- imkan yaradacam yaşayasız. Qalan bütün məslələr hekayə idi. Heydər Əliyev  insanlara aşılamaq istəyirdi ki, onların hamısı potensial ölüdürlər və həyat verənləri  də əlahəzrətdir.  Onun başlıca planı bu xof isçərisəndə “müharibə” deyən  bütün sərkərdələri sıradan çıxartsın, məhv etsin. Çünki, o qəhrımanlar mütiləşdirilmiş xalqın gözündə  ölüm mələkləri idilər. Onlar müharibə istəyirdi. Heydər Əliyev isə milyonlara sübut etmişdi ki, onlar heç nə edə bilməzlər, nə etsə o özü edə bilər. Özü isə az bir zaman içərisində Sonuncusu  OMON-un komandiri Polkovnik  Rövşən Cavadov olmaqla bütün müharibə görən döyüşçüləri sıradan çıxardı.

Mart qiyamı yeni era yaratdı

Yaddaşı və yaşı imkan verməyənlər bunu o zamanın mətbuatına göz atmaqla yenidən öyrənə bilərlər. Əslində, o illərdə Cavadovların Əliyevə dəstək verməsiinin səbəbləri barədə bir neçə fikr var idi. Başlıca  versiya o idi ki, Heydər Əliyev indi mühaciərtdə olan Rəsul quliyevə və sonradan  qöldürtdüyü Rövşən  Cavodova neft şərikliyi  təklif edib. Bundan başqa isə Polkovnik Cavadov daxili işlər naziri olmalı idi. Amma o səbrsiz adam idi. Heydər Əliyev isə bütün bunları sadəcə vəd kimi düşünmüşdü. Cavdov bir dəfə Surət Hüseynovla birlikdə, bir dəfə isə ayrıca qiyam etdi. Ikinci cəhd onun həyatını itirməsi ilə yekunlaşdı. Yeni era isə elə bundan başladı. Bu olaydan bir neçə gün sonra Heydər Əliyev özəlləşdirmə haqqında sərəncam verdi və ölkədə mülkiyyətin işğalı başladı. Bu proses Heyedər Əliyevin o qədər yaxın çevrəsi tərəfindən həyata keçirilirdi ki, o zamanki spiker Rəsul Quliyev açıq şəkildə buna etiraz etdi. Rəsul Quliyev çox böyük müəssələrin su qiymətinə özəlləşdirildiyini rəsmən bəyan edirdi.  Amma ona demişdilər ki,  Neft məsləsindəki payı sabit olacaq. Heydər Əliyev Rəsul Quliyevin ayağını cızığdan kənara qoymasını  ona bağışlamadı və sabiq spiker Azərbaycan və hakimiyyət barədəki planlarını arzularla əvəz eləməli oldu. Heydər Əliyev 1998-ci ilə kimi bir çox əsas müəssisələri artıq  öz nəzarətinə almışdı. Dövlətin işğalı başa çatırdı. Ölkədə müstəqil məhkəmədən, ancaq keçmiş zamanda danışırdılar. Heydər Əliyev  bilirdi ki, onun xalq arasında  ciddi təsiredici nüfuzu qalmayıb. 1998 ci ilin yazında bir neçə məxfi struktutn keçirdiyi sorğuda o artıq qutudan çıxamayacağını bilirdi. Bu sorğu onu hiddətləndirmişdi. Ona görə də  Heydər Əliyev 1998-ci il seçkilərindən dər hal sonra saxtakarlığı üzə çıxardan QHT-lərin qarşısını almaq üçün yeni qanun qəbul etdi və QHT lərin seçkidəki fəaliyyəti məhdudlaşdı.

İlham Əliyev üfüqdə

Heydər Əliyev İlham Əliyeviz özü ilə gəzdirməyə başladı və bu ardıcılın təqdimatı idi. İlham Əliyevin ortada görünməsi yeni siyasi dil yaratdı. Təhqir siyasi kompanentə çevrilirdi. Amma 1998-2003 cü illərin ən başlıca tendensiyasi  dövlət aparatındaki  eqosentrik fiqurların vurulması oldu. Dövlət yonulub İlham Əliyevin siyasi boyuna uyğunlaşdırılırdı. 2000 ci ilin parlament seçkilrində YAP siyahısına başçılıq elədi amma, parlamentdə bir dəfə də olsun danışmadı. Onun üçün “Paralament- danışan deməkdir) susmaq yeri  idi. İlham Əliyev siyasi düşünə bilmirdi, ona görə də hələ də əçəliyyat pərdələri arxasında gizlənmiş Heydər Əliyev siyasi səhnəsində susmaq daha faydalı idi. 2003 cü ildə onun hakimiyyətə gəlişi bir neçə azərbaycanlının qanı bahasına başa gəldi. Onlar, İlham Əliyevin tərəfdarları deyildilər. Sadəcə, hakimiyyətin atadan oğula ötürülməsinə etiraz edirdilər. Heydər Əliyevin öldüsü-qaldısı xalqa bəlli olmadığı günlərdə İlham əliyev bayram keçdirdir, and içirdi. Başqalarının inandığı kitaba and içmək çox asandır görünür. Ona görə də, Qurana da Konstitutsiyaya da rahatca and içdi və dediklərinin birinə də  əməl etməyəcəyi hamıya bəlli olduğu bir şəraitdə prezident donuna girdi. 

Ona dözmək çətin idi

İlham Əliyevin rəhbərliyi altında işmək çətin idi. Bunu Əli İnsanov, Fərhad Əliyev, Akif Muradverdiyev və bir çoxları artıq görürdülər, hiss və dərk edirdilər.  İlham Əliyev 2004cü ildə böyük bir müxalif prosesin başlandığını artıq görürdü. Amma  təkcə bununla iş bitmirdi. Onun hakimiyyəti bir çoxları üçün dözülməz olmuşdu. 2005 cilin payızında Rusiya xüsusi xidmət orqanalrının ciddi dəstək verdiyi deyilən əməliyyatlar başladı və yuxarıda adı çəkilın nazir və məmurlar həbs edildilər. Bu günlərdə isə artıq İlham Əliyevin başqa dostlarının nəzarətindəki şəxslər televizyadan açıq təhqir və söyüşlər söyürdülər. Bu İnsanları siyasətdən tv dən iyrəndirmək idi. O zaman ən məhşur ifadələrindən biri bu idi: “Azərbaycan tv lərinə baxmıram”. Bəli Əliyev hər kəsi siyasətdən, xəbərdən və ölkədən iyrəndirmişdi. Heç kim bu ölkənin xəbərlərini eşitmək istəmirdi. Çünki, hər an hansısa rejim müxalifinin yataq otağından reportaj ola bilərdi.

Paşayevlər gəlir

2005 ci ildə parıament seçkiləri saxtalaşdırıldı və ölkəyə böyük pullar axmağa başladı. Sonradan əliyevin bu pullardan oğurladığına dair rəqəmlər ortaya çıxdı. 48 milyard  bunlardan ən məhşudur. Əliyevin vədi var idi-2008 ci ilə kimi ölkədə müxalifət olamayacaq.  O, bütün cəbhələrdən hücuma keçir, buna nail olmaq istəyirdi.  2009 cu ilin payızına kimi bu Azərbaycanda əsas tendensiya idi Əliyevlərin əbədi hakimiyyətinə inananlar çoxluqda idi.  Bu zaman kəsiyində isə artıq siyasi həyatda yeni brend var idi. Naxçıvan və Qərbi Azərbaycan şərti klanları bütün iqtisadi qüdrətlərini Prezidentin xanımının qohumlarının nəzarətində olan holdinqlərə vermişdilər. Paşayevlər hakimiyyət daxilində yeni hegemon güc idi.  Siyasi mübarizə üçün heç bir müstəvi qalmamış, sərvətlər  top halında bir qrupdan başqa bir qrupa transfer edir, insanlar isə buna tamaşa edirdilər. Əli yerdən üzülən insanlar üzlərini göyə tutdular və bunun doğurduğu ilk olay- 2008 ci ildə  məsciddə partlayış olsa da, ardı kəsilmədi.

Əliyevin yaratdığı özünə qarşı

İlham Əliyevin  ölkdə sivil demokratik etiraza mane olduqca, spontan ekstremist sıçrayışlar güclənməyə başladı. Onlar bir neçə il bundan qabaq polis idarələrinə hücum etdilər (hadisə Şimal rayonlarında olub). Bir müddət sonra Gəncədə MTNin xüsusi təyinatlıları ilə toqquşmada Qarabağ müharibəsi iştirakçısı olan zabit həyatını itirdi. Sonuncu belə iri miqyaslı olay isə sumqayıtda baş verdi. Aydın görünür ki, onun yaratdığı cəngəllik indi özünə və bütün topluma qarşı təhlükəyə çevrilib. Təcrübə göstərir ki, bu cür situasiyalardan elə də çox çıxış variantları yoxdur. Əliyev indi özü də bilmir ki, onun və ölkənin taleyi məhv etmək istədiyi sivil siyasi qüvvələrdən asılıdır. Yalnız onalrın vasitısi ilə etirazlar dinc məcraya qədəm qoya və dinc demokratik keçid baş verə bilər. Başqa halda isə bu sonu faciə olacağı heç kimdə şübhə doğurmayan bir yoldur…

Seymur Həzi

~ tərəfindən Patriot 17/12/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma