MÜSAVAT PARTİYASININ BAŞQANI MAYDANDA (VİDEO – FOTOLAR)

isa qember - ukrayna

İsa Qəmbər Maydanda canlı yayında danışdı

Hazırda Kiyevdə səfərdə olan Müsavat Partiyasının başqanı İsa Qəmbər Maydanda, tribunada çıxış edib.

Xəbərə görə Avromaydanın tribunasından aksiya iştirakçılarını öncə Ukrayna, ukrayna - maydanardınca isə azərbaycanca salamlayan Müsavat başqanı xalqların azadlığı prosesindən, bu prosesin Azərbaycandakı başlanğıcından, böyük öndər M.Ə.Rəsulzadə irsindən danışıb. Bildirib ki, Ukraynada gedən proseslər Azərbaycanda da diqqətlə izlənir və hazırda Kiyevdə yalnız Ukrayna xalqının yox, bütövlükdə postsovet məkanının Avropa hissəsinin, hətta rus xalqının özünün taleyi həll olunur.

İsa Qəmbər daha sonra çıxışında deyib: “Bu gün sizinlə eyni gündə Bakıda da rejimə, korrupsiyaya, qanunsuzluqlara, insan haqlarının tapdanmasına qarşı etiraz mitinqi keçirilir. Azərbaycanda da insanlar avrointeqrasiya tələb edirlər. Bu, təsadüfi deyil, çünki bizim sizinlə seçimimiz ümumidir, ortaqdır. Mən fəxr edirəm ki, 9 il qabaq, 2004-cü ilin noyabrında bu meydanda, bu tribunadan Ukrayna xalqına dəstək çıxışı etmişəm. Ukrayna xalqı o zaman seçki saxtakarlıqlarına qarşı mübarizə aparırdı. Bu gün isə onun inkişaf seçimini saxtalaşdırmaq cəhdlərinə qarşı burdadır. Sizli-bizli hamımızı yenidən Moskvanın boyunduruğuna sürükləmək istəyirlər. Ancaq mən əminəm ki, Ukrayna xalqı buna heç vaxt imkan verməyəcək!”

Müsavat lideri çıxışında xüsusi vurğulayıb ki, seçkiləri iqtidarlar saxtalaşdıra bilər, lakin xalqların strateji seçiminin qarşısını heç kim ala bilməz. Azərbaycan xalqı və müxalifəti adından Ukrayna xalqına böyük dəstək ifadə edən Müsavat başqanı “Azərbaycan və Ukrayna xalqlarının dostluğuna eşq olsun!” şüarı ilə öz çıxışını yekunlaşdırıb.

Müsavat başqanını bu səfərdə müşayiət edən müavini Gülağa Aslanlı və Ukraynada yaşayan sabiq Daxili Qoşunlar komandanı Fəhmin Hacıyev də Avromaydanın baş tribunasında İsa Qəmbərin yanında olublar.

Daha sonra Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə telefon danışığı zamanı İsa Qəmbər vurğulayıb ki, hazırda Ukraynada inqilabi situasiya hökm sürür: “Burada vəziyyət hər an dəyişir”.

Azərbaycanın müxalifət lideri səfər çərçivəsində dünən ABŞ-ın ən nəhəng iki partiyasından biri olan Respublikaçılar Partiyasının liderlərindən biri – senator Con Makkeynlə görüşüb. Daha sonra o, məşhur ukraynalı müğənni, Maydan hərəkatının ilk günlərindən əsl vətəndaş mövqeyi nümayiş etdirərək xalqla birlikdə olan və hazırda Ukrayna xalq hərəkatının liderləri sırasında yer alan Ruslana, Ukrayna müxalifətinin əsas siyasi liderlərindən olan “UDAR” Partiyasının sədri Vitaliy Kliçko və digər nüfuzlu müxalif siyasətçilərlə görüşlərini davam etdirib.

~ tərəfindən Patriot 16/12/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma