MİTİNQ SAAT 14-də TƏYİN EDİLDİ

milli sura_ mitinq

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın dekabrın 15-nə təyin etdiyi mitinqlə bağlı müraciətə cavab verib.

Cavabda mitinqin 15 dekabr saat 14:00-dan 16:00-a qədər Yasamal rayonundakı Məhsul İdman Sağlamlıq Kompleksinin stadionunda (“İnşaatçılar” metrostansiyasının yaxınlığı) keçirilməsinə razılıq verildiyi bildirilir.

Məlumatı MŞ-nın mitinq komitəsinin üzvü Seymur Həzi verib.

AXCP Gənclər Komitəsinin sərdi Milli Şuranın dekabrın 15-də keçirəcəyi mitinqə hazırlıq barədə danışıb

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın qiymət artımına etiraz olaraq dekabrın 15-də mitinq keçirmək barədə müraciətinə müsbət cavab verib. Mitinqə hazırlıqlar barədə Amerikanın Səsinə müsahibə verən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı deyib ki, icazəsiz mitinqlərlə müqayisədə belə etiraz nümayişlərinə hazırlaşmaq daha asandır.

Gənc fəal deyir ki, son illər gənclərin fəallaşması bu mitinqdə də gənclərin üstünlük təşkil edəcəyinə dəlalət edir. Ancaq cənab Qurbanlı bunun ağır nəticələrinin olduğunu da xatırladır. Onun sözlərinə görə, son bir ildə çoxsaylı gəncin həbs edilməsi bunun bariz nümunəsidir. “Hökumət gəncliyin fəallaşması ilə barışa bilmir. AXCP-nin Gənclər Komutəsinin I Ümumrespublika konfransına ayrılmış Bakı kinoteatrını əsaslı təmirə dayandırıblar və beləliklə də bizim konfransımızın keçirilməsinə mane olurlar” – deyə Əbülfəz Qurbanlı Amerikanın Səsinə müsahibəsində bildirib.

~ tərəfindən Patriot 14/12/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma