AZƏRBAYCAN RİSKLİ ÖLKƏLƏR SIRASINDA

söz azadligi

«Qlobal Risklərin Analitikası» təşkilatı Azərbaycanı siyasi stabillik baxımından riskli ölkələr sırasına daxil edib

Böyük Britaniyada yerləşən “Qlobal Risklərin Analitikası” adlı təşkilat dünyada mövcud olan, eləcə də gözlənilən risklərlə bağlı hesabat yayıb. Vəziyyətin ən gərgin, risklərin də böyük olduğu ölkələrin siyahısı hazırlanıb. Siyahıda öndə Əfqanıstan, Sudan və Konqo Demokratik Respublikasının adları gəlir.

Təşkilatın analitiklər eyni zamanda, sosial problemlərin güclənib siyasi qeyri-sabitliyə çevrilməsi ehtimalı böyük olan ölkələrdəki vəziyyəti də nəzərdən keçirib. Həmin ölkələr Banqladeş, Belarus, Çin, Qazaxıstan, Səudiyyə Ərəbistanı və Vyetnamdır. Bu tipli ölkələrdə demokratik azadlıqların boğulması, təhlükəsizlik qüvvələrinin zorakılığı vəziyyəti daha da mürəkkəbləşdirir.
Azərbaycandakı vəziyyət də hesabat müəlliflərinin diqqətindən kənarda qalmayıb. Onlar Azərbaycanı da risk zonasına aid ediblər.

“Siyasi azadlıqların məhdudlaşdırılması, sosial gəlirlərin kəskin azalması Bəhreyn, Azərbaycan və Cənubi Afrika Respublikasının qeyri-sabitlik riskini artırır”, – deyə sənəddə qeyd olunub.

~ tərəfindən Patriot 14/12/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma