AZƏRBAYCAN 150 İLDƏN ÇOX NEFT İSTEHSAL EDƏN ÖLKƏLƏR SIRASINDA

neft-dollar

Ölkəyə hər saniyədə 543 dollar, hər dəqiqədə 32580 dollar, hər saatda isə 1 954 800 dollar pul daxil olur

Azərbaycan artıq 150 ildən çoxdur ki, neft istehsal edən ölkələr sırasındadır. Dünya neft sənayesinə böyük töhfələr vermiş ölkəmizin hazırda həm quruda, həm də dənizdə «qara qızıl» çıxarması da faktdır. 1994-cü ildə «Əsrin Müqaviləsi» bağlandıqdan sonra yeni istehsal tempinə qədəm qoyan neft sənayemizin bu gün böyük miqdarda gəlirlər gətirdiyi də dəqiqdir.

Jam.az-ın apardığı kiçik araşdırma isə bilavasitə faktiki olaraq ölkəmizin hər gün neftdən nə qədər gəlir əldə etməsi ilə bağlıdır. İndiki istehsal tempinə əsasən aparılmış hesablamalara görə, Azərbaycan dövləti hər saniya «qara qızıl»dan 543 dollar qazanır. Bu bir dəqiqədə 32580 dollar, bir saatda isə 1 954 800 dollar deməkdir. Bu sutkada 46.915.200, ildə isə 17.124.048.000 edir. 17 milyard 124 milyonu 9.3 milyon əhaliyə böləndə adambaşına illik 1.841 dollar düşür.

Bu rəqəmlər həqiqətən də heyrət edicdidir. Normal ölkələrdə bu qədər gəliri olan ölkənin vətəndaşı şübhəsiz orta statistik azərbaycanlı kimi yaşamazdı. Bunun bariz nümunəsini ərəb dövlətlərində, Norveçdə və digərlərində görürük. Bəs, Azərbaycanda niyə insanlar ərəblər, norveçlilər kimi yaşamırlar? Bunun tək səbəbi var: KORRUPSİYA…

~ tərəfindən Patriot 11/12/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma