ƏLİ KƏRİMLİ AZƏRBAYCANDAKI NEFT MAFİYASI HAQDA

eli_ kerimli

“Gəlin, bu soyğunçuluğa etiraz edək!”

“Bunlar Azərbaycanı yalnız müflis etdikdən sonra, borc içində xalqa qaytarmağı düşünürlər”

AXCP sədri Əli Kərimli “Global Witness” təşkilatı və araşdırmaçı jurnalist Xədicə İsmayılın Azərbaycanda gizli neft mafiyasına dair üzə çıxardığı faktlarla bağlı fikirlərini bölüşüb. AXCP sədri “facebook” səhifəsində vətəndaşları bu soyğunçuluğa etiraz etməyə çağırır:

“Global Witness” təşkilatı və Xədicə İsmayılın Dövlət Neft Şirkətindəki korrupsiyanı ifşa edən araşdırmasını oxudunuzmu? Araşdırmadan:

– İngiltərənin “Global Witness” təşkilatının araşdırması göstərir ki, SOCAR-ın ən azı 48 sövdələşməsində adı keçən şirkətlərlə Anar Əliyevin bağlılığı var. Bunlardan yalnız birində Azərbaycan neftinin xaricə satışı ilə məşğul olan “Socar Trading SA” şirkətindən Anar Əliyevin qazancı 100 milyon dollardan artıq olub.

– Anar Əliyevin biznesi neftlə kifayətlənmir. “Global Witness” Anar Əliyevlə bağlı şirkətlərin çoxmilyardlı Bakı Ağ Şəhər layihəsində də yer adığını göstərir. Onun sahibi olduğu “UGE” şirkəti Ağ Şəhər layihəsində 99 faiz paya sahibdir.

– Naməlum ortaqları olan SOCAR İnternational DMCC şirkəti 2011-2012-ci illər ərzində SOCAR-ın öz neftinin özünə satılmasından 66 milyon dollar əldə edib.

İndi bildinizmi nəyə görə ARDNŞ-ə 1 tonu cəmi 290 manata başa gələn benzinin 1 tonunu xalqımıza 917 manata satırlar? Dövlət Neft Şirkətinin “xərci” çoxdur axı. Ərk etdiklərindən, o artıq “xərc”lərin də yerini qiymət artımı ilə xalqın hesabına doldurmaq istəyirlər.

Gəlin, “Hə, nə olsun? Heç təəccüblənmədik. Bundan betərini də bilirik” kimi axmaq reaksiyalarla özümüzü aldatmayaq. Biz etiraz etmədikcə, hesab sormadıqca dayanmayacaqlar. Bunlar Azərbaycanı yalnız müflis etdikdən sonra, borc içində xalqa qaytarmağı düşünürlər. Etiraz etmək üçün isə yaxşı fürsət var. 15 dekabrda Milli Şuranın qiymət artımına etiraz mitinqinə dəstək verməklə bu soyğunçuluğa etiraz edək!”

~ tərəfindən Patriot 11/12/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma