MİLLİ ŞURA MİTİNQ QƏRARI VERDİ

mitinq

Milli Şura dekabrın 15-də qiymət artımına etiraz olaraq mitinq keçirməyə qərar verib. Bunu APA-ya açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli bildirib.

Cəmil Həsənli deyib ki, mitinqin keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya açıqlamasında bu barədə məlumatlı olmadığını söyləyib.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə APA-ya açıqlamasında Milli Şuranın dekabrın 15-də mitinq keçirmək barədə qərar verdiyini təsdiqləyib. Onun sözlərinə görə, bu məsələ Milli Şuranın son sessiyasında qısa da olsa, müzakirə edilib: “Sessiyada qiymət artımı ilə bağlı mitinqin keçirilməsi ilə bağlı məsələ Milli Şuranın sədri kimi Cəmil Həsənliyə və sədr aparatına həvalə olunub. Cəmil Həsənli də ötən müddət ərzində Milli Şuranın ayrı-ayrı üzvləri, partiyaların liderləri ilə görüşərək məsləhətləşmə aparıb və mitinqlə bağlı qərar verilib”.

Daha sonra “Yeni Müsavat”a açıqlama verən Milli Şuranın üzvü Tural Abbaslı dekabrın 15-də keçiriləcək mitinqlə bağlı artıq Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərildiyini dedi: “Milli Şuranın dekabrın 15-də mitinq keçirilməsi ilə bağlı qərarı var . Bu gün saat 15:00-da  Milli Şuranın Mitinq Komitəsi toplaşıb. Bakı Şəhəri İcra Hakimiyyətinə məktub hazırlandı. Artıq məktub İcra Hakimiyyətinə təqdim olunub.  Dekabrın 15-i saat 16:00-dan 18:00-da qədər aşağıda göstərilən yerlərdə mitinqin keçirilməsi üçün yerlər nəzərdə tutulur:

Yasamal Rayonunda yerləşən “Məhsul” stadionu, Nəsimi Rayonu 1 –ci mkr-da Asim Məhərrəmov küçəsində yerləşən parkdakı meydança, “Ulduz” metro stansiyası qarşısındakı Araz küçəsindəki park,  Binəqədi Rayon Dərnəgül stansiyasının dəmiryol tərəfindəki çıxışında və Nərimanov Rayonunda yerləşən Nərimanov parkında “bahalşmaya son”, “qiymətlər endirilsin”, “dövlət əhaliyə xidmət etmək üçündür”, və s. digər siyasi şüarlarla mitinq keçiriləcək.”

~ tərəfindən Patriot 07/12/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma